Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (20-04-2014, 10:10)
Siyavuş Novruzov ANS-i qınadı: “Molotov kotleti” məsələsini onlar qabartdılar

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin 18 aprel iclasında “molotov kokteili” ifadəsi əvəzinə “molotov kotleti” ifadəsini işlətməsi mətbuatda geniş müzakirələrə səbəb olub.

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;">S.Novruzov Modern.az saytına açıqlamasında məsələyə mübasibət bildirib: “Danışarkən ifadələrdə yanlışlığa yol verən yalnız mən deyiləm. Fikir versəniz görərsiniz ki, indiyə qədər ayrı-ayrı dövlətlərin prezidentləri, baş nazirlər və parlament başçılarının çıxışlarında belə hallar baş verib”.

S.Novruzov adi bir ifadənin səhv işlədilməsinin belə geniş müzakirə olunmasını və ona verilən reaksiyaları doğru saymır: “Düzünü desəm, bu, mənə çox təəccüblü gəldi. Burada şişirdiləsi, qabardılası nə var idi ki...Enerjilərini bu məsələyə sərf edənlər olmazmı ki, güclərini Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına yönəltsinlər. Görün, enerjilərini nəyə sərf edirlər, gündəmi nəylə zəbt edirlər?

Onu da qeyd etmək istəyirəm ki, bu məsələni ən çox ANS telekanalı qabartdı. Dəfələrlə ANS rəhbərliyi və aparıcıları efirdə olarkən bundan da böyük səhvlərə yol veriblər. Burada bir qəbahət varmı? Onlara bir söz deyən olubmu?”

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;">

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024