Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-06-2016, 08:17)
"Azərbaycan ordusu bizə çox problemlər yaratdı"

"Azərbaycan ordusu bizə çox problemlər yaratdı"

 

“Artıq iki ildir ki, Azərbaycan ordusu bizə çox problemlər yaratdı. Çünki bütün müasir silahlarla təchiz edilib”. ANS PRESS-in məlumatına görə, bu sözləriErmənistanın sabiq prezidenti Robert Koçaryan yerli mətbuata müsahibəsində deyib.

O, müsahibəsi zamanı Ermənistan hökumətinə müraciətlər də ünvanlayıb. Koçaryan deyib ki, Ermənistan ordusunu rabitə vasitələri,  gecə görmə cihazları, və digər mühafizə cihazları ilə təchiz etməyə nə mane olurdu? Orduda böyük boşluqlar var. Bunu aradan qaldırmaq lazımdır. Azərbaycan ordusunun silahlarının keyfiyyət baxımından üstün olması heç kimə sirr deyil. Bunu bilmək başqadır, döyüş meydanında qarşılaşmaq isə başqa”, - deyə o bildirib.

Koçaryan Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkəsinə münasibətindən də danışıb.

"İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin”.

Robert Koçaryan-Ermənistanın sabiq prezidenti
Robert Koçaryan-Ermənistanın sabiq prezidenti

Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi. Bundan əvvəl də bir neçə Ermənistan rəsmisi ordularının zəif olduğunu etiraf ediblər.

Qondarma Dağlıq Qarabağ respublikasının keçmiş "müdafiə naziri" "Syamo” ləqəbli general Samvel Babayan ötən gün mətbuata müsahibəsində bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin iki ehtiyat briqadası erməni mövqeyini ələ keçirib. 

"Azərbaycan Ordusu bir saata mövqelərimizi tutdu"

Bundan sonra erməni tərəfi uğursuz əks hücum cəhdi edib və nəticədə itirilmiş torpaqlar geri alına bilinməyib. Daha sonra bir vaxtlar Ermənistan ordusunun Dağlıq Qarabağdakı işğal bölmələrinə rəhbərlik etmiş general erməni ordusunun zəifliyindən danışıb.

"Bunun səbəbi laqeydlik idi və bu bizim mövqeyimizi zəiflətdi. Müdafiə Nazirliyi araşdırma apararaq həqiqətən nə baş verdiyini aşkar etməlidir. Fakt odur ki, bir saat ərzində bu mövqelər itirilib", - deyə Babayan bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2014-cü ildən uzun müharibəyə hazırlaşır və Ermənistan işğalçı qüvvələrini uzaqdan neytrallaşdırmaq üçün çalışacaq. “Bu məqsədlə Azərbaycanın silah-sursat cəhətdən problemləri yoxdur. Onlar artıq mərmi istehsalına başlayıb”, - deyə general vurğulayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024