Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-04-2016, 13:39)
AMİP-in keçmiş sədri Azərbaycandan getdi

 

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadə Azərbaycandan gedib.

Mediatv.az xəbər verir ki, Modern.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 2015-ci ilin sentyabr ayında partiyanın sədri vəzifəsindən və üzvlüyündən istefa verən Yusif Bağırzadə bir müddət sonra ölkədən getmək qərarına gəlib.

Sayta verilən məlumata görə, o, xeyli müddətdir Qazaxıstanın paytaxtı Astana şəhərində yaşayır. Yusif Bağırzadənin orada biznes fəaliyyəti ilə məşğul olduğu vurğulanır. 

Digər məlumatda isə qeyd edilir ki, AMİP-in sabiq sədri Novruz bayramı zamanı Bakıya gəlsə də, qısa müddətdən sonra yenidən Astanaya qayıdıb. Onun ailəsinin hazırda Bakıda yaşadığı da bildirilir. 

1995-ci il parlament seçkilərində bitərəf namizəd kimi Gəncə şəhərindən Milli Məclisə deputat seçilən Yusif Bağırzadə sonradan eks-spiker Rəsul Quliyevin tərəfdarı kimi onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasına üzv olub. O, bir müddət ADP-nin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi də olub. 2003-cü il prezident seçkilərindən sonra səsvermənin nəticələrini əks etdirən sənədi imzalayan Yusif Bağırzadə ADP-dən uzaqlaşdırılmışdı.

Bir müddət siyasətdən uzaq olan keçmiş deputat 2010-cu il aprelin 8-də AMİP-in Siyasi Şurasının iclasında partiya üzvlüyünə qəbul edilib. Həmin il iyul ayının 10-da isə AMİP-in qurultayında sədr seçilib. 

Yusif Bağırzadə ötən il parlament seçkiləri zamanı deputat seçilmək üçün Gəncədəki dairələrdən birindən namizədliyini irəli sürsə də, sentyabrın 10-da həm AMİP sədrliyindən, həm də partiya üzvlüyündən istefa verdiyini bəyan edib. O, istefasının səbəbini səhhətindəki problemlə əlaqələndirirdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024