Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-04-2016, 23:00)
Azərbaycan orudusu Xudafərinə nəzarət edir - YAXINLIQDAKI TUNELİN ÜZƏRİNDƏ BAYRAĞIMIZ DALĞALANIR

Azərbaycan orudusu Xudafərinə nəzarət edir - YAXINLIQDAKI TUNELİN ÜZƏRİNDƏ BAYRAĞIMIZ DALĞALANIR

 

Azərbaycan ordusunun erməni təxribatına cavab olaraq keçirdiyi uğurlu əməliyyat nəticəsində Xudafərin körpüsünə nəzarət ələ alınıb.
Bu haqda Hurriyyet.az-a İrandan Naxçıvana gələn yük maşınının sürücüləri məlumat veriblər. Onların sözlərinə görə, artıq Xudafərin körpüsünün yaxınlığındakı tunel də ordumuzun nəzarətindədir və hazırda üzərində Azərbaycan bayrağı dalğalanır. Sürücülər deyir ki, son günlərədək həmin tunelin üzərində Ermənistan bayrağının olmasını ürəkağrısı ilə izləyirdilər, indi isə böyük qürur və sevinc içərisindədirlər, çünki yenidən həmin ərazilər Azərbaycanın nəzarətindədir. 
Bundan əlavə o da vurğulanır ki, Azərbaycan ordusu bu istiqamətdə də ciddi irəliləyiş əldə edib...
Xatırladaq ki, 1993-cü il dekabrından başlayaraq 6 yanvar tarixinə kimi davam edən Horadiz əməliyyatı zamanı da ordumuz bu ərazilərdə ciddi üstünlük qazanmışdı. Belə ki, həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etmişdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonun böyük hissəni azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam etmiş və ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləmişdilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmamışdı. Ermənilərin köməyinə yeni bölmələr gəlmiş və aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilmişdi. 
İki gün öncə Horadiz yaxınlığında düşməndən azad edilmiş Lələtəpə yüksəkliyi isə 1994-cü ilin Horadiz əməliyatı zamanı nəzarətimizə keçsə də sonra itirilib. Qeyd edək ki, bu yüksəklik, Ordumuza Horadiz qəsəbəsinə qədər ətraf əraziləri bilavasitə müşahidə və atəş nəzarətinə almağa imkan verir. Bu yüksəkliyin geri alınması Horadiz şəhərinə, Horadiz və Qazaxlar kəndinə, habelə Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində olan Azərbaycan Ordusunun mövqelərinə olan təhlükəni aradan qaldırmış oldu. Xüsusilə də region üçün həyati əhəmiyyət daşıyan Horadiz dəmir yolu stansiyasına yaranan təhdid sovuşduruldu.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024