Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-02-2016, 14:10)
Rəsul Quliyev Milli Şuranı və Cəmil Həsənlini biabır etdi - VİDEO

Hazırda ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev Azərbaycan müxalifətini, Milli Şuranı sərt tənqid edib.

Mediatv.az xəbər verir ki, o, Facebook səhifəsində paylaşdığı videosunda Azərbaycanda müxalifətin olmadığını bildirib.

 

R.Quliyev Milli Şuranın keçirdiyi mitinqləri, Cəmil Həsənlinin guya prezident seçkilərində qalib gəlməsi ilə bağlı səsləndirdiyi fikirləri ələ salıb:

“Keçmiş Ziyalılar Fondunun bir qrup şəxsi özlərini Milli Şura adlandırır. Onlar özlərini Ziyalılar Fondu da adlandıra bilməzlər. Çünki o fondun iştirakçılarının 40%-i belə deyillər. Milli Şuranı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar. 

Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan Milli Şura Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyaları başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar. 

Milli Şura adlanan, əslində isə, Milli Şura olmayan AXCP-dən ibarət bu qurum 2013-2014-cü illərdə Azərbaycanda müxalifətin olmamasını sadəcə həyata keçirdilər. Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətindir. Real gücü mən görmürəm. 2013-cü ilin prezident seçkilərindən sonra Cəmil Həsənlinin özünün 65%-lə qələbə çalmasını deməsi xarici aləmdə ikraha səbəb oldu. Hansı 65%-dən söhbət gedir? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, düzgün saymağa imkan olmayıb, o zaman hansı 65%-dən söhbət gedir?”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024