Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-03-2015, 14:10)
“Öncə AYB-dən istefa versin...”- Cəmil Həsənliyə etiraz

“Öncə AYB-dən istefa versin...”- Cəmil Həsənliyə etiraz

 

Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetinə müsahibəsi zamanı "NİDA"çı gəncləri və REAL-ın icra katibi Natiq Cəfərlini tənqid etməsinə qarşı tərəfdən reaksiya gəlib. 

 

REAL-ın icra katibi Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Şura sədrinin məlum fikirlərinə hörmətlə yanaşır: “Amma incikliklə bağlı fikirlər səsləndirməsi onun şəxsi fikridir. Mənim mitinqlə bağlı səsləndirdiyim fikirlər isə proseslərin daha hansı müstəvidə ola biləcəyinə əsaslanmışdı. Azərbaycanda bu günə qədər aparılan mübarizə ideoloji zəmində olmadığından getdikcə daha az insane müxalif qüvvələrə cəlb edilir. Bu isə inamın və ümidin illərlə itməsinin nəticəsi idi. Müxalif qüvvələr bunu tənqid naminə tənqid kimi dəyərləndirdilər”.

Onun sözlərinə görə,  C. Həsənlinin REAL-ın tərəfdarlarının sayının az olması cəhətdən bunu tənqid etməsi düzgün deyil: “Çünki  elə bir mitinq keçirilməyib ki, hansı siyasi qüvvənin nə qədər elektratının olmasını müəyyən edək. Azərbaycanda siyasi güc anlayışı ancaq mitinqlə ölçülürsə, müxalifət partiyalarının keçirdiyi mitinq iştirakçılarının sayı ilə bunu ölçmək düzgün olmazdı. Milli Şuranın keçirdiyi mitinqə 3-4 min adam gəlirsə, bu o demək deyil ki onların elektratı bundan ibarətdir. Mən də mitinqə gəlməməyin səbəblərini yazdım, amma fikirlərimi başqa səmtə yozdular”.

Qeyd edək ki, yazar Elnur Astanbəyli də sosial şəbəkədə məsələyə münasibət bildirib. O, Cəmil Həsənlinin bu iki təşkilatı giley-güzar hədəfi kimi göstərməsinin əsla xoş olmadığını vurğulayıb: "Əziz Cəmil müəllim! NİDA-ya, REAL-a yüklənmək haqqınızdır, amma o zaman ki, öncə özünüz bu ölkədə yalanı, yaltaqlığı, iki və daha çox üzlülüyü təbliğat alətinə çevrilmiş AYB-dən istefa verəsiniz! NİDA-sı, REAL-ı, AXCP-si, Müsavatı və s. və i.a-ı ilə bu ölkədə hamıya qəbul və müdafiə etdiyimiz prinsiplərdən, dəyərlərdən uca, vazkeçilməz heç nə olmadığı nümunəsi göstərin, tüpürün o təşkilatın üzvlük biletinə, sonra da N!DA-sı ilə, REAL-ı ilə, Cəbhəsi, Müsavatı, qeyrisi ilə həssas məqamlarda hər kəsdən, özü də ən amansız şəkildə hesab istəyin.

Bu zaman əlindən gələn dəstəyi sizdən əsirgəyən, öz adıma yazıram, əxlaqsızın, vicdansızın yekəsidir!”.

Günel

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024