Siyasət (27-01-2016, 13:32)
Azay Quliyev: “Həmsədrlər ermənilər üçün lobbiçilik etdi”
"Təəssüfedici haldır ki, AŞPA Azərbaycan nümayəndə heyətinin təşəbbüsü və Britaniyadan olan deputat Robert Uolterin müəllifi olduğu “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” adlı hesabatı qəbul etmədi və bütövlükdə bu məsələnin müzakirəsində gərginlik yaşandı".
Mediatv.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Deputat bildirib ki, Ermənistan tərəfi sözügedən layihənin qəbul olunmasının qarşısını almaq üçün o qədər geniş iş aparıb ki, hətta ATƏT Minsk Qrpunun həmsədrləri belə ermənilərə lobbiçilik etməyə başlayıblar:
“Bir daha əmin olduq ki, bu gün bir çox beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasətçiləri beynəlxalq prinsipləri, ədaləti deyil, maraqlarında olan məsələləri müzakirə edirlər. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamənin qəbul olunmaması bu reallığı bir daha ortaya qoydu. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətinin işini yüksək qiymətləndirirəm. Xüsusilə bu qətnamənin hazırlanıb təqdim olunması və ayrı-ayrı komitələrdə müzakirəsinin uğurla təşkil edilməsini çox müsbət addım hesab edirəm. Ən azı bir daha bütün Avropa Şurası üzvlərinin diqqəti Azərbaycandakı işğal faktına yönəldildi və əmin olduq ki, AŞPA Azərbaycan üçün həssas olan məsələlərdə müstəqil qərar qəbul edə bilmir. Robert Uolterə təşəkkür edirəm ki, o, bütövlükdə belə bir təşəbbüs irəli sürüb. Qətnamənin qəbulu üçün cəmi 4 səs çatmadı. Əminəm ki, gələcəkdə Avropa Şurasında təmsil olunan nümayəndə heyətimiz bu məsələyə yenidən qayıdacaq”.
A.Quliyev digər qətnamənin qəbul olunmasını müsbət hal kimi qiymətləndirib:
“Hesabatda açıq şəkildə göstərilir ki, məhz ermənilərin işğalında olan bölgədə azərbaycanlıların içməli su ilə təmin olunmasında ciddi problem yaradılır və bu, beynəlxalq konvensiyanın ciddi şəkildə pozulması deməkdir, bunun hüquqi və siyasi məsuliyyəti olmalıdır. İki qətnamədən birinin qəbul olunması yenə də Azərbayacanın uğurudur”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu gün “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi 98 lehinə, 71 əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024