Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (22-01-2016, 12:14)
“Bizdə ermənifobiya yoxdur”

“Erməni fobiyasının olmamasını konkret əməllərlə dünyaya göstərmək lazımdır”.

 

Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, xalq diplomatiyası çərçivəsində Bakıya gələn ermənilər erməni kilsəsində erməni dilində kitabların, materialların səliqə-səhmanla qorunub saxlanıldığını görəndə təəccüblənmişdilər:

“Erməni fobiyasının olmamasını biz hər addımımızda dünyaya bəyan etməklə deyil, konkret işimizlə göstərməliyik. Bizim hətta erməni olan Azərbaycan vətəndaşları var".

Dövlət müşaviri bildirib ki, Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi bitməyib. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan cəmiyyətində ermənilərlə bir yerdə yaşamaq potensialı var. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”.

K.Abdulla qeyd edib ki, tolerantlıq ənənələrinin dərinləşməsi insanların bir-birinə olan münasibətlərinə təsir göstərir: “Eyni dinə aid olan insanlar arasında xoş münasibətlər yaranmalıdır. Multikulturalizm hədəfləri də yalnız müxtəlifliklər arasında deyil, eyniliklər arasında da xoş münasibətlərin yaranmasına imkan verməkdir. Multikulturalizm ideyaları həm də azərbaycançılıq ideyalarını təbliğ edən bir çətirdir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024