Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (7-11-2014, 14:13)
Kamal Abdulla kilsəni muzeyə çevirir?

“Azərbaycanda dini biliklərin aşağı olması özünü göstərir. Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar”

 

Mediatv.az-ın məlumatına görə, bunu Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, məktəb və universitetlər bu bilikləri artırmağın, dolğunlaşdırmağın daha optimal yollarını axtarmalıdırlar: “Bunu təkcə müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri, ilahiyyatçılar həyata keçirməli, bəlkə mövcud dərsliklərə, xüsusilə, "Həyat bilgisi" dərsliyinə müəyyən əlavələr etməyin faydasını götür-qoy etməlidirlər. Belə boşluqlar dərsliklərimizdə var. Bu istiqamətdə addımlar atmağın yollarını düşünürük”.
Müşavir vurğulayıb ki, Bilik Fondu "Dini abidələrimizdə tarixin izləri" adlı çox səmərəli bir layihə həyata keçirir. “Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır. Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var. Bu münasibətin əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə, digər tərəfdən dövlətdir. Elə bilirəm, Prezident yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024