Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (11-01-2016, 10:49)
Prezidentin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi

Əliyevin ABŞ-a dəvətinin arxasındakı Qarabağ hədəfi

Ağ Ev sülh təşəbbüskarlığını Kremldən alır - plan; Bu dəfə prezidentləri Barak Obama bir araya gətirə bilər; Dağlıq Qarabağ məsələsi Moskva və Vaşinqton arasında “nifaq predmeti”nə çevrilir; 2016 bu xüsusda tarixi bir il olacaq, əgər... 

 

Mediatv.az xəbər verir ki, yeni ildə Dağlıq Qarabağ mövzusunda ilk diplomatik təşəbbüskarlıq ABŞ-dan gəldi. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik təzə il başlar-başlamaz, öncə Azərbaycan və Ermənistan prezidentləri arasında yeni görüşün tezliklə baş tuta biləcəyi, bu yöndə səylərin intensivləşəcəyi haqda anons verdi. 
Az sonra o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri Ed Roysla görüşərək Qarabağ mövzusunda müzakirələr apardı; Konqresin sülh prosesinə yardımçı olacağı haqda xəbərlər yayıldı. Bunun ardınca isə ABŞ prezidenti Barak Obamadan azərbaycanlı həmkarı İlham Əliyevə Amerikaya səfər dəvəti gəldi. 
Düzdür, dəvət aprelin əvvəlində keçiriləcək qlobal nüvə (təhlükəsizlik) sammiti ilə əlaqələndirilir. Ancaq çox vaxt məhz bu kimi mötəbər tədbirlər bəzi regional problemlərin beynəlxalq müstəviyə çəkilməsində əhəmiyyətli rol oynayır. Qarşıdakı sammit çərçivəsində dünyanın narahat bölgələrindən biri sayılan Güney Qafqazın müharibə riskləri daşıyan “dondurulmuş” konflikti kimi Dağlıq Qarabağ ixtilafının da diqqət mərkəzində olacağı istisna deyil. 
***
Bır çox siyasi müşahidəçilər Bakı ilə Vaşinqton arasında münasibətlərin sərinləşməsi fonunda Obamadan gələn səfər dəvətini artıq müxtəlif aspektlərdən dəyərləndirib. Belə fikir də səslənib ki, Barak Obama bununla həmçinin, Azərbaycanı Rusiyanın yanında görmək istəməməsi mesajını çatdırıb. Bakını Moskvadan uzaq saxlamağın ən effektli yollarından biri isə Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə yardımçı olmaq, sülh prosesini dalandan çıxarmaq ola bilər. 
Prezident İlham Əliyevin ABŞ-a gözlənilən səfərini bu kontekstdən qiymətləndirənlər az deyil. Söhbət Birləşmiş Ştatların Qarabağ patronajlığını öz əlinə almasından gedir. Çünki artıq gün kimi aydındır ki, Rusiya konfliktin tezliklə həllində maraqlı deyil. 
Üstəgəl, ABŞ-da narahatlıq var ki, Kreml münaqişəni istənilən an öz maraqları naminə təzədən alovlandıra bilər. Son zamanlar Moskvanın Ermənistanı sürətlə silahlandırması və ora böyük həcmdə müasir hərbi texnika və sistemlər yerləşdirməsi narahatlığı daha da artırır. Gercək belədir ki, məhz Rusiyanın son hərəkətləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi zonasında yeni savaş təhlükəsi artıb.  
 
Təsadüfi deyil ki, ABŞ Konqresində Ceyms Uorlikin iştirakı ilə keçən Qarabağ müzakirələri zamanı atəşkəs rejiminin qorunub saxlanması, tərəflər arasında qanlı insidentlərin azalması və etimadın artırılması mexanizmlərinə xüsusi diqqət ayrılıb. ABŞ bu etimad tədbirləri hesabına konflikt zonasına nəzarəti, deməli, həm də Rusiyanın bölgə ilə bağlı məkrli planlarına nəzarət imkanı əldə eləməyə çalışır.
***   
Kreml, əlbəttə ki, Amerikanın Qarabağ məsələsində təşəbbüsü ələ almasına laqeyd qalmayacaq və ona maneələr yaradacaq. Bəzi təhlilçilərə görə, bunun anonsu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin tərəfindən 2 yanvar açıqlamasında artıq verilib. Qarabağ mövzusunda danışan diplomat ABŞ-a açıq mətnlə mesaj göndərərək bildirib ki, Moskva Vaşinqtonun Qarabağ məsələsində Fransanın dəstəyi ilə həyata keçirmək istədiyini proqramı müdafiə eləmir. 
“Ruslarda ciddi narahatlıq var ki, Qarabağ danışıqlarının gedişindən narazı olan İlham Əliyevə Vaşinqtonda hansısa təsirlər edilə və Əliyev ümumən görüşdən ilhamlana bilər. O da istisna deyil ki, ABŞ bir daha Əliyev-Sərkisyan görüşünü təşkil eləsin. Bütün hallarda 2016 - tarixi bir il olacaq”, - bunu isə əcnəbi ekspertlərdən biri Azərbaycan prezidentinin Amerika səfərindən mümkün gözləntiləri şərh edərkən söyləyib.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan da böyük ehtimalla, ABŞ-a yollanacaq. Hər halda, 2010-cu ildəki analoji nüvə sammiti zamanı o da dəvətlilər arasında olub. Həmin sammit çərçivəsində Sərkisyan Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü. Bundan bir neçə ay sonra - oktyabrda isə İsveçrədə ABŞ və Avropa Birliyinin patronajlığı ilə Ankara və İrəvan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpasını nəzərdə tutan məlum Sürix protokolları imzalandı. Sonrası bəllidir.
*** 
Beləliklə, həm amerikalı vasitəçi Ceyms Uorlik, həm ABŞ Konqresi, həm də Ağ Ev başçısı səviyyəsində Qarabağ məsələsinə real təsir rıçaqları yaratmaqla Vaşinqtonun bu il məsələdə təşəbbüsü Rusiyadan almaq məramı duyulur. Sözsüz ki, prosesə Rusiyanın Yaxın Şərqdə, ələlxüsus da Suriyada hərbi müdaxiləsinin nə ilə sona çatacağı (hər halda Moskva üçün pozitiv perspektivlər vəd olunmur), həmçinin, Moskva-Ankara münasibətlərinin gedişatı da öz təsirlərini göstərmiş olacaq.  
 
 
Ed Roys
Bunu da yada salmağa dəyər ki, ABŞ-ın Azərbaycandakı sabiq səfiri və Minsk Qrupundakı həmsədri, Qarabağ danışıqlarını diqqətlə izləyən Metyu Brayza bir neçə dəfə qeyd eləmişdi ki, problemin həllini sürətləndirmək üçün ABŞ prezidenti və dövlət katibi təşəbbüsü ələ almalı, şəxsən sülh prosesinə qatılmalı və hər iki prezidenti eyni vaxtda Amerikaya dəvət eləməlidir.
 
Əlbəttə ki, bir görüşlə münaqişənin həllində köklü irəliləyiş əldə olunması mümkünsüzdür. Çünki nəticə prezidentlərin görüşünə hazırlıq işləri ilə yanaşı, həm də Azərbaycan və Ermənistan daxilində gedən ictimai-siyasi proseslərin xarakterindən, hakim qüvvələrin davranışından, bir də Rusiyanın özünü necə aparmasından asılı olacaq. 
Ancaq presedentin yaranmasının özü böyük önəm daşıyır və Obama ilin sonunda Ağ Evi tərk eləsə də, sonrakı prezident bu yolu davam etdirə bilər. Amerikanın isə tərəflərə təsir rıçaqları əslinə qalsa, Rusiyanınkından az deyil və neftin aşağı qiymətləri fonunda artmaqdadır.(Musavat.com)  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024