Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (2-12-2015, 12:14)
Deputatın rahatlığını pozan foto

             

Hüseynbala Mirələmov o məşhur fotonu saytlardan sildirə biləcəkmi?

 Tanınmış milyoner-şair Gülağa Tənhanın dünən “MTN işi” ilə bağlı açıqlaması Hüseynbala Mirələmovun narahatlığına səbəb olub. Xatırladım ki, məlum açıqlamasında Gülağa Tənha Eldar Mahmudovun əleyhinə ifadə verən şəxslərin saxtakar olduğunu, vaxtilə E.Mahmudova “işləyən”, onun “nökər”i olduqlarını iddia edib: “Guya, Eldar Mahmudovun törətdiyi cinayətlər haqqında baş prokurorluğa ərizə yazırlar, izahat verirlər, haqq- ədalət tələb edirlər. Onların çoxu nəinki Eldar Mahmudovun, hətta Akif Covdarovdan qəbuluna düşmək üçün növbəyə dayanırdılar. Yazılan ərizələrin hansı şəxslər tərəfindən təqdim olunduğunu biləndə şoka düşdüm. Demək olar ki, ərizə yazanların bir çoxu şübhəli, qeyri–qanuni bizneslə məşğul olanlar, ya da MTN-in əməkdaşları ilə birgə millətə “atan”lar idi… Belələrini el arasında agentlər – iş verənlər adlandırırlar”. 

 Amma, hörmətli yazıçı-deputat Hüseynbala Mirələmovun rahatsızlığına səbəb olan dostu Gülağa Tənhanın bu açıqlaması olmayıb. Nə qədər qəribə səslənsə də Hüseynbala müəllim məlumatla bərabər yayımlanan fotodan həm narahat olub və həm də qəzəblənib. Göründüyü kimi həmən fotoda Eldar Mahmudov və Gülağa Tənha ilə bərabər, Hüseynbala Mirələmov da əks olunur. İndiki məlum halda belə bir fotonun yayılmasını deputat birmənalı qəbul edə bilmir. Bununla bağlı xeberinfo.com-a verilən məlumata görə Hüseynbala müəllim bu addımı kimlərinsə özünə qarşı düşünülmüş qərəzi kimi qiymətləndirib. Bundan qəzəblənən deputatın bu istiqamətdə araşdırmaya başladığı bildirilir. İlk növbədə isə bu fotonun internetdən silinməsinə nail olmaq istəyir(?)

Mənbəmiz cənab Mirələmovun şübhələndiyi şəxslərin adlarını da açıqladı...

Məlumatla bağlı hörmətli millət vəkilini dinləmək cəhdlərimiz alınmadı.

 

Xeberinfo.com

шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024