Siyasət (23-01-2015, 10:12)
Deputatın 20 Yanvarla bağlı “axıtdığı” göz yaşları..
Bəxtiyar Sadıqov: “Hüseynbala Mirələmovun yazısını mən dərc etmişəm, çünki...”; Fəzail Ağamalı: “Mirələmovun keçmişdə nə xətası olubsa, açığı, bilmirəm”
Deputat Hüseynbala Mirələmovun 20 Yanvar hadisələri ilə bağlı “Azərbaycan” qəzetində 1 səhifəlik məqaləsi dərc olunub. Məqalə müstəqillik uğrunda şəhid olanlara həsr edilib. Bu yazının dərci yenidən H.Mirələmovun personasına ictimai diqqəti artırır. Çünki bu şəxsin keçmişi, siyasi bioqrafiyası xeyli ziddiyyətlidir. Elə 20 Yanvar hadisələri zamanı H.Mirələmovun siyasi oriyentasiyası hazırkından ciddi şəkildə fərqlənirdi. O, həmin dövrdə qatı mütəllibovçu olub. Üstəlik, Mirələmov müstəqillik əleyhdarı kimi çıxış edən kommunist idi. Belə bir adamın Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan insanlar haqda rəsmi dövlət qəzetində məqaləsinin dərc edilməsi təkcə siyasi baxımdan yanlış sayılmamalıdır, bu, həm də mənəvi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir.
Hüseynbala Mirələmovun reputasiyası təkcə yaxın keçmişdəki siyasi oriyentasiyasına görə zədəli deyil. Bu adam həm də hakimiyyətə zaman-zaman ciddi problemlər yaradan bir deputatdır. 2012-ci ilin iyul ayında H.Mirələmovun obyektində, deputata məxsus “1001 gecə” restoranında qətl hadisəsi baş vermişdi. Qətli törədən şəxs Mirələmovun doğmaca qardaşı oğlu idi. Hakimiyyətin ən çox öyündüyü, üzərində təbliğat qurduğu amillərdən biri də ölkədəki ictimai sabitlikdir. Fəqət hakimiyyətə yaxın deputatın ailə üzvü sabitliyə güllə sıxır, paytaxtda odlu silahla adam öldürür.
Əcəba, mövcud hakimiyyət bu cür zədəli reputasiyası olan, siyasi bioqrafiyası ziddiyyətlərlə zəngin bir deputatın yazılarına möhtacdır? Başqa bir deputat, yazar tapılmadımı Azərbaycanın ən şərəfli və kədərli tarixi haqda məqalə yazsın?
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov səsləndirilən iddiaları və tənqidləri əsassız hesab etdi: “Hüseynbala Mirələmov qəzetimizə məlumat yazmayıb. O, yazıçı və dramaturqdur. 20 Yanvarla bağlı publisistik məqalə yazıb. Öz yaşadıqlarını qələmə alaraq qəzetimiz üçün çox bəyəndiyimiz bir yazı yazıb. Bir səhifə həcmində publisistik yazıdır. O, YAP Xətai rayon təşkilatının sədridir. Eyni zamanda deputatdır. Deputat kimi biz ona çox inanırıq. Onun siyasi əqidəsini də çox gözəl bilirik. Buna görə ona qəzetimizdə yer ayırırıq. Kimsə iddia edir ki, o, mütəllibovçudur, yalandır.
Buna səbəb sonuncu parlament seçkiləri qabağı onun bir müxalifətçi ilə debatıdır. O zaman müxalifətçi düzgün danışmamışdı. Hüseyn müəllim də onun qəşəng cavabını vermişdi. Bundan sonra müxalifətyönümlü mətbuat orqanları H.Mirələmovu şərləmək yolunu seçdilər. Bu hal bizdə sovet dövründən qalıb. Kimisə xoşlamayanda şərləmək yolunu seçirik. Siz Elçibəyçisiniz. Mən buna görə sizi qınamıram. Bu seçdiyiniz siyasi yoldur. Biz iqtidar, siz müxalifətsiniz. Bu iki tərəf arasında sivil qaydada mübarizə gedir. Siz hakimiyyətə gəlmək istəyirsiniz, biz hakimiyyəti əldən vermək istəmirik. Verməyəcəyik də. Bu cür məsələlərlə baş qatmaq lazım deyil. Yaxşı yazıdır. Gözəl yazıçıdır. Bizlə daim əməkdaşlıq edir. Bu yazı xoşuma gəldiyi üçün vermişəm. Gələcəkdə də bu cür yazılar olsa, verəcəm”.
Bəxtiyar Sadıqov deputatın qardaşı oğlunun törətdiyi restoran olaylarından da danışdı: “Mənim, yaxud sənin nə qədər qohumumuz varsa, Allah canını sağ eləsin. Sənin hansısa qohumun cinayət törədibsə, burada səni suçlamaq olar? Sənin nə təqsirin var? Hamı istəyər ki, qohumu yüksək yerlərdə işləsin, xeyirli işlərlə məşğul olsun, cəmiyyətin sayılıb-seçilən insanlarından olsun. Eləcə də Hüseynbala Mirələmov. Onun qardaşı oğlunun cinayətini ayağına yapışdırmaq doğru deyil. Mən bunu da sovet təfəkkürü sayıram. Sosializm, kommunizmdən imtina etmişiksə, gəlin təfəkküründən də imtina edək”.
İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da səsləndirilən fikirləri doğru hesab etmir. O, deyir ki, H.Mirələmov da Azərbaycan vətəndaşıdır: “Azərbaycan demokratik ölkədir. Hüseyn müəllimin keçmişi və indiki vaxtında həyatında hansısa xətalar olsa belə, o, öz fikirlərini azad şəkildə ifadə edə bilər. Əkrəm Əylisli ”Daş yuxuları"nda xalqımızı təhqir edirsə, bəzi dairələr tərəfindən bu, “söz azadlığı” kimi qəbul edilirsə, Xədicə İsmayıl öz qələmi ilə dövlətimizə qarşı iftiralar atmaqdan çəkinmirsə, bunlara niyə söz və mətbuat azadlığı kimi yanaşılır? H.Mirələmovun keçmişdə nə xətası olubsa, açığı, bilmirəm. Bununla maraqlanmamışam. “Azərbaycan” qəzetini günahlandırmıram. Bir yazıda təhqir, yaxud cinayət yoxdursa, xoşa gələn yazıdırsa, dərc oluna bilər".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024