Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-04-2015, 14:24)
Vəfa Quluzadədən tanınmış siyasətçiyə plagiat ittihamı

“Rusiyanın bir neçə dövlətə bölünəcəyi ilə bağlı mən illər öncə böyük bir beynəlxalq tədbirdə nitqimdə bəyan etmişəm”

 

Polşanın keçmiş prezidenti, dünya çapında tanınmış siyasətçi Lex Valensa Rusiyanın bir neçə dövlətə parçalanacağını istisna etmədiyini açıqlayıb. Ukrayna mətbuatına müsahibəsində o bildirib ki, bəzi regionlar ayrıla, Rusiya isə əhəmiyyətli dərəcədə balacalaşa bilər: 
“Rusiyada azı 60 xalq var. Ölkə dağıla və cəmi 20 milyon əhali ilə qala bilər. Bu, parçalanmanın necə baş verəcəyindən asılıdır”.
Valensa həmçinin Rusiyanın Qərbdən 30-50 il geri qaldığını da vurğulayıb. Onun sözlərinə görə, Rusiya heç vaxt Qərb dünyasının prinsipləri ilə yaşamayıb. Bu ölkədə heç vaxt demokratiya və azadlıq olmayıb. Bu ölkə həmişə istəyib ki, düşməni olsun.
Rusiyanın gələcəyi ilə bağlı maraqlı proqnozları ilə fərqlənən sabiq dövlət müşaviri Vəfa Quluzadə Lex Valensanın dediklərinə münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında Vəfa Quluzadə qeyd etdi ki, əslində Lex Valensa onun illər öncə dediklərinin təkrarlayıb: “Mən cənab Lex Valensanı plagiatlıqda ittiham edə bilərəm. Rusiyanın bir neçə dövlətə bölünəcəyi ilə bağlı mən illər öncə böyük bir beynəlxalq tədbirdə nitqimdə bəyan etmişəm. Mən istefaya gedəndən sonra uzun müddət Monakoya dövlət başçılarının sammitinə dəvət olunmuşam və 2000-ci illərin əvvəlində mən həmin sammitlərdə iştirak etmişəm. Sammitdə mənim çıxışım qoyulmuşdu. Mənim çıxışımın olacağı bir gün öncədən elan olunmuşdu. 
Çıxışımı dinləməyə birinci növbədə Baltik respublikalarının nümayəndələri gəldi. Birinci sırada Rusiya Federasiyasının nümayəndə heyəti əyləşmişdi. Nümayəndə heyətinin başçısı indi çox tanınmış Rusiya siyasətçisi cənab Slutiski idi. Mən orada çıxış edəndə dedim ki, çox təəccüb edirəm Rusiya nə barədə düşünür. Dedim ki, baxın, bütün imperiyalar dağılıb. Roma imperiyası dağılıb yerində İtaliya qalıb, Britaniya imperiyası dağılıb yerində İngiltərə qalıb, Osmanlı imperiyası dağılıb yerində Türkiyə qalıb. Odur ki, Rusiya mütləq dağılacaq, proseslər ona doğru gedir. Ruslar hələ də özlərinə məxsus sərhədləri məlum olan dövlət yaratmayıblar. Mənim bu çıxışım dəfələrlə alqışlandı. Mən Slutiskinin təmkinli və soyuqqanlı siyasətçi olmasını gördüm. 
Mən düşünürdüm ki, indi o durub məni parçalayacaq. Ancaq o, sakit davrandı və dedi ki, Vəfa Quluzadəni maraqla dinlədim və onun fikirləri ilə razı ola bilmərəm. Bununla da məsələ bitdi. Bu məsələ barədə mən kitabımda da yazmışam. Dediyim odur ki, Lex Valensanın bu gün söylədiklərini mən təxminən 15 il öncə bəyan etmişəm. Mən Lex Valensaya minnətdaram. Görürəm ki, o mənimlə həmrəydir, mən də onunla həmrəyəm. Həqiqətən də artıq imperiya qala bilməz. 
Rusiya imperiyası böyük tarixə malikdir və bir çox xalqlar onun tərkibində əriyiblər. Həmin millətlər özlərini artıq rus sayırlar. Onlar Rusiyadan ayrı yaşaya bilməzlər. Amma bir çox millətlər, məsələn, tatarlar olduqca böyük millətdir, Yeltsinin dövründə onlar çox yüksək avtonomiyaya nail olmuşdular. Putin gəlib ləğv etdi. Başqırdıstan neftlə zəngindir, nə Küveytdən, nə Səudiyyədən əskikdir, özü-özünü idarə edə bilər. Dağıstan xalqları əsrlər boyu əldə silah vuruşublar. Bu və digər millətlər Rusiyadan ayrı normal şəkildə yaşaya bilərlər”.
Sabiq dövlət müşavirinin fikrincə, dəhşət ondadır ki, Rusiyadakı siyasi sistem Rusiyanın konfederativ dövlətə çevrilməsini faciə hesab edir: “Əgər onlar ingilislər kimi soyuqqanlı düşünə bilsələr, indidən federasiyanı konfederasiyaya çevirə bilərlər, müstəqillik tələb edən millətlərə müstəqillik verərlər və onlarla normal regional əlaqələr yaradarlar. 
Belə etməsələr Rusiyanın sonu çox faciə ilə nəticələnə bilər, qeyri-sabitlik, vətəndaş müharibəsi və sair bu kimi proseslər başlayar. Mən şəxsən bunu arzu etmirəm. Mən arzu etmirəm ki, qonşuluğumuzdakı Rusiyanı bu cür böyük sarsıntılar bürüsün. Artıq dünyada başqa proseslər gedir, amma Rusiya geridə qalır. Bunun səbəbi Rusiyadakı siyasi sistem və bu ölkənin hələ də imperiya şəklində qalmasıdır. Putinin özü dünən çıxış edəndə şikayətləndi ki, Rusiyada biznesə, elmə şərait yoxdur, yaratmaq lazımdır. Adama deyərlər ki, bəs sən 15 ildir hakimiyyətdə nə işlə məşğulsan? Ona görə yoxdur ki, siyasi sistem imkan vermir. İlk növbədə siyasi sistem dəyişməlidir. Rusiya bu şəkildə uzun müddət davam edə bilməz, bu vəziyyətin ən böyük acılarını rus xalqı yaşayır və yaşayacaq”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024