Cəmiyyət (Bu gün, 13:54)
Şəki İnzibati Məhkəməsinin sədri Rüstəm Kərimli şəhid anasından nə istəyir

Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev Mən, Cəfərova Sayalı çoxuşaqlı qəhrəman ana kimi ömür boyu təsərrüfatla məşğul olub 9 övladımı böyütmüşəm. Böyük oğlum Aslan Həsənov ( zabit) taqımını xilas edərkən 1994-cü ildə şəhid olmuşdur.
Mənə verilən 2.35 ha pay torpağıma 20.02.2009-cu ildə torpaq sahəsinin plan və ölçüsü sənədini almışam. Həmin sahənin 1.7 ha fındıq bağı, qalan sahədə isə dirrik məhsulları yetişdirib dolanırıq. 6 ildir ki, fermer kartıma subsidiya pulu köçürülmür. Çünki yerimin çıxarış sənədini ala bilmirəm. Səbəbini də göstərirlər ki, yerimi guya səhvən başqa bir şəxsin adına çıxarış veriblər. Ona görə mənə çıxarış vermirlər. Mən də başqasına qanunsuz satılan torpağıma verilən çıxarışın ləğv edilməsi üçün Şəki İnzibati Məhkəməsinə ərizə vermişəm. Budur, aylardır ki, hakim Rüstəm Kərimli işi uzatmaqla, süründürməçiliklə məşğuldur. 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi də məhkəmə proesesində rəsmi etiraf etmişdir ki, idarəmizin işçiləri tərəfindən səhvən şəhid anasının torpağı başqa şəxsə çıxarışla verilmişdir və iddia ərizəsinin təmin olunmasına etiraz etmirik. Lakin hakim rəsmi dövlət idarəsinin rəsmi etirafını nədənsə nəzərə alaraq iddiamızı təmin etmək istəmir. Yəni, nəticəyə gəlirik ki, hakim o qədər aşınıb ki, şəhid anasına oğlu Aslanın qanı tökülmüş halal torpağını özünə qaytarmaq əvəzinə, torpağı ələ keçirən digər tərəflə gizli sövdələşərək hələlik oyunbazlıqla (süründürməçiliklə) məşğuldur.
Cənab dövlətimizin başçısı İlham Əliyev! Sizdən xahiş edirəm ki, bu isti günlərdə yersiz məhkəmə yollarına salaraq iddiamızı uşaq oyunçağına çevirən hakimin işimizə bir az ədalətlə yanaşması üçün lazımi köməkliyi göstərəsiniz. Sağ olun. Allah amanında.
Aktualinfo.org

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025