Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub
Avqustun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Keir Starmer arasında telefon danışığı olub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsindən verilən məlumata görə, söhbət zamanı tərəflər Türkiyə-Britaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini, cari regional və qlobal prosesləri müzakirə ediblər.
Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Qəzza zolağındakı humanitar böhrana xüsusi diqqət yetirilib. Prezident Ərdoğan Türkiyənin Fələstin xalqına humanitar yardımın çatdırılması istiqamətində atdığı addımlar, eləcə də Ankaranın atəşkəsə yönəlmiş diplomatik səyləri barədə Böyük Britaniyanın Bş nazirinə məlumat verib.
Türkiyə dövlətinin başçısı Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında ədalətli və davamlı həllinin vacibliyini vurğulayıb.