Karusel / Slayd (17-08-2022, 08:48)
Reytinqlərdə büdrəyən universitetlərimiz...
Dünya Universitetlərinin “Webometrics” sıralaması (Webometrics Ranking of World Universities) açıqlanıb.
Hesabatda yer alan 32 minə yaxın universitet arasında Azərbaycandan bir neçə universitet ilk 10 minliyə düşüb.
Onlardan Bakı Dövlət Universiteti - 3461, Azərbaycan Dövlət İqtisad Universiteti -3728, Xəzər Universiteti – 4110, ADA Universiteti - 4781, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 5085, Azərbaycan Universiteti -5303, Bakı Mühəndislər Universiteti – 5691, Azərbaycan Tibb Universiteti - 6595, Azərbaycan Texniki Universiteti - 6861, Azərbaycan Dövlət Pedaqoji Universiteti - 8052-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda göstərilir ki, 2026-cı ildə dünyada top 800-də təmsil olunan Azərbaycan universitetlərinin sayı 3-ə çatdırılsın.
Son vaxtlar ölkədə təhsilin səviyyəsinin aşağı olması, ali təhsil müəssisələrinin xarici ölkələrin təhsil ocaqları ilə rəqabət apara bilməməsi barədə fikirlər səslənir. Dünya reytinq sıralamasında da mövcud vəziyyəti asanlıqla görmək olur.
Azərbaycan ali təhsil müəssisələrinin ilk 100-lükdə belə olmamasının səbəbi nədir və hazırkı təhsillə hədəfə çata bilərikmi? Mediatv.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, bizim ali təhsil müəssisələrimizin çox ciddi islahatlara ehtiyacı var:
“Təəssüflər olsun ki, bu istiqamətdə çox ciddi işlər görmürük. Hələ də ali təhsil müəssisələrinin əksəriyyətində 30-40 il bundan əvvəlki seminar və mühazirə metodları davam etməkdədir.
Bundan başqa bizim ali təhsil müəssislərimizdə nəzəri və praktik biliklər verə biləcək sistem qura bilmirik. Yəni ölkənin bütün ali təhsil müəssisələrinin məzunları universiteti bitirdikdən sonra kursa və repetitor yanına getmədən heç bir işə qəbul müsabiqəsində uğur qazana bilmir. Yalnız bu yanaşma ilə biz ali təhsil müəssislərimizin real vəziyyətini izah edə bilərik.
Ölkə başçısının məlum sərəncamı bundan sonra bu sahədə müəyyən işlərin həyata keçirilmsi üçün ümid yaradır. Ancaq bunun üçün sərəncamı doğru-düzgün həyata keçirmək lazımdır. Nəzərə alsaq ki, hələ 2013-cü ildə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” qəbul olundu. Həmin strategiya qəbul olunan zaman biz çox ümidli idik ki, ölkə təhsilində nələrsə dəyişəcək. Bu strategiyanın həyata keçirilməsi ilə bağlı 2015-ci ilə fəaliyyət planı qəbul edildi. Həmin fəaliyyət planına əsasən tam fərqli bir mənzərəni gözləsək də ölkə başçısının sərəncamının tam yerinə yetirilməsinin şahidi olmadıq. Bu sahədə çox ciddi problemlərimiz qaldı. Ölkədə ali təhsilin həm məzmununun, həm strukturunun dəyişilməsi üçün çox işlər görülməlidir. Yaxın gələcəkdə vəziyyətin dəyişəcəyini görə bilmirəm”.
Bizim ali təhsil müəssisələrinin reytinq sıralamasında irəliləməsi üçün əsas problemlərlə bağlı ekspert bildirdi ki, universitetlərimiz praktik və nəzəri biliklər verə, 1960-70-ci illərin metodlarından kənara çıxa bilmirlər:
“Ölkədə ali təhsilə ayrılan maliyyənin həcmi on dəfələrlə artırılmalıdır. Ali təhsil müəssisələri sadəcə kadr hazırlayan yox, elm və innovasiya mərkəzi olmalıdır. Bu saat ölkədə alimlərin, elmi-pedoqoji kadrların ciddi qıtlığı var. 1990-cı illərdə və sonrakı illərdə az-çox üzə çıxarda biləcəyimiz alimlər Azərbaycandan köçdü. Bu gün ali təhsil müəssisələrində yeni nəsil elmi-pedoqoji kadrların hazırlanması üçün illərlə çox işlər görmək olardı, görmədik.
Kadr məsələsində, ali təhsilinin dövlət standartlarının və təhsil proqramlarının həyata keçirilməsi ilə bağlı ciddi problemlərimiz var. Ali təhsil müəssisələrini illərdir ki, ödənişli təhsil əsasında pul qazanmağa, bu pulları rektorların mülklərinin sayının artması üçün xərcləməsində görürük. Ümumiyyətlə, vəziyyət çox bərbaddır və ona görə də ölkədə az-çox kənara çıxa bilən insanlar Azərbaycan ali təhsil müəssisələrini seçmirlər. Bunu da doğru edirlər. Çünki kadr hazırlığı məsələsində çox ciddi problemlərimiz var. Hesab edirəm ki, ali təhsil müəssisələrində kadr hazırlığı məsələsinin forması dəyişilməlidir.
Bu gün əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlamaq, ölkədə distant təhsil almaq formasını bərqərar etmək lazımdır. Sovet dövründə sanki qapanmışıq, heç bir rəqabət yoxdur və rəqabət olmadığına görə də inkişaf yoxdur. Ölkənin ali təhsilinin vəziyyəti bu gün digər təhsil pillələri, hətta məktəbəqədərdən də belə acınacaqlıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024