Siyasət (Dünən, 18:03)
İşçi qrupunun iclasında bu məsələlər müzakirə olundu

Mediatv.az xəbər verir ki, iclasda İşçi qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.
İclasda İşçi qrupunun üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, yer təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan çətinliklər və onların həlli yolları, bu ərazilərdə təhlükəsiz bərk tullantıların idarəolunması ilə bağlı həyata keçirilmiş tədbirlər və bu sahədə idarəetmənin təkmilləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası istiqamətində görülən işlər haqqında iclas iştirakçılarına məlumat verilib.
İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
24 09 2025
"General Hospital"da nöqsanlar aşkarlandı - Klinika barəsində daha ciddi tədbirlər görüləcək (RƏSMİ)
24 09 2025