Region (Bu gün, 13:43)
Agentliyin sədri kimin "oduna" YANDI? — Naxçıvanda milyonluq yeyintinin PƏRDƏARXASI
“Yeyintinin də, xərcin də hara getdiyi bəllidir. Bütün bunlar Fuad Nəcəflinin vaxtında, məhz onun əmri və tapşırığı ilə baş verib…”.
Bu sözləri Yenicag.az-a açıqlamasında naxçıvanlı jurnalist Heydər Oğuz deyib.
O, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun külli miqdarda mənimsəmədə təqsirləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
H.Oğuz bildirib ki, əvvəlki nümayəndə Fuad Nəcəfli (hansı ki, mən ona “canişin” deyirəm) yeni təyin olunan zaman Bəhruza həm özünün, həm də Əli Həsənovun kəndinə yol çəkdirib:
“Özü də sənədsiz-sübutsuz, heç bir vəsait ayırmadan: ‘Yolu çək, sonra mən deyəcəyəm, pul ayıracaqlar’ deyərək. Bəhruz da təxminən 5-10 milyon manat xərclə həmin yolları çəkdi, lakin vəsait ayrılmadı. Qısacası, Bəhruz Əsgərov Fuad Nəcəflinin oduna yandı. Sonra Fuad Nəcəflini işdən çıxardılar, Bəhruzu isə həbs etdilər. İşin mahiyyəti budur.Bəs bu Anar Əliyev kimdir?
Fuad Nəcəflinin öz kəndi ilə yanaşı, Əli Həsənovun kəndinə də ‘müftə’ yol çəkdirməsi səbəbsiz deyildi. Əli Həsənovun qardaşı oğlu Anar Fuad ilə dost idi. Hər üç aydan bir Fuad öz hesabatlarını ona yazdırırdı. Yəni adam öz hesabatını yaza bilmirdi, buna görə də Əli Həsənovun qardaşı oğluna möhtac idi”.
Heydər Oğuzun bildirdiyinə görə, pulların mənimsənildiyi vaxt Anar Əliyev Azərbaycan Gömrük Komitəsində yüksək vəzifədə çalışırdı. O, hər 3 aydan bir Naxçıvana gedərək xüsusilə Şərur rayonunda aparılan işlərə nəzarət edirdi. Bunun müqabilində isə Fuad Nəcəfliyə rüblük hesabatlar yazırdı. Faktiki olaraq Naxçıvanı “canişin”lə birlikdə idarə edirdi. Bildiyiniz kimi, Əli Həsənov vaxtilə Prezident Administrasiyasında məsul vəzifədə işləyib və Ramiz Mehdiyevin “bir nömrəli” adamlarından sayılıb. Onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra qardaşı oğlunun Naxçıvana tam nəzarət etməsi, hətta Fuad Nəcəflinin əvəzinə hesabatlar yazması onun Muxtar Respublikadakı bütün dövlət sirlərinə vaqif olması anlamına gəlirdi. Ehtimal ki, bu sirlərdən əmisi də xəbərdar idi və böyük ehtimalla həmin məlumatlar Rusiyaya ötürülürdü. Bu mənada Bəhruz Əsgərovun yeyinti maxinasiyası adi bir cinayət işi deyil. Obyektiv araşdırılsa, bu işin ucu bəlkə də Rusiyaya xəfiyyəçilik edilməsi kimi xüsusi təhlükəli cinayət əməllərinə qədər uzana bilər. İnşallah, Azərbaycanın müvafiq orqanları istintaq prosesində bu amilləri də gözdən qaçırmayıblar”.Heydər Oğuz onu da vurğulayıb ki, Bəhruz Əsgərovun məhkəmə işi ilə bağlı mediada dərc olunan məlumatlarla tanışdır:
“Orada bildirilir ki, guya Bəhruz Əsgərov 2018-ci ildən 2023-cü ilə qədər 5 milyon manatı mənimsəyib. Mənim bildiyimə görə isə, Fuad Nəcəfli xüsusi nümayəndə təyin olunmazdan əvvəl “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” müvafiq orqanlar tərəfindən tam yoxlanılmış və təmiz vəziyyətdə Fuad Nəcəfliyə təhvil verilmişdi. Üzərindən cəmi iki il keçdikdən sonra bu müəssisənin işində 5 milyon manatlıq yeyinti aşkarlanıbsa, məntiqlə bu, məhz Fuad Nəcəflinin vaxtında baş verib. Əgər yeyinti iddialarını 2018-ci ilə qədər uzadırlarsa, deməli, bütün məsuliyyəti Vasif Talıbovun boynuna qoymaq istəyirlər. Sözsüz ki, Vasif Talıbovun korrupsiyası milyonlarla deyil, milyardlarla ölçülüb. Amma bu konkret işin ona zərrə qədər də dəxli yoxdur. Görünür, kimsə Fuad Nəcəflini qərq olduğu bataqlıqdan quru çıxarmaq üçün Vasif Talıbovdan “günah keçisi” kimi istifadə edir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
20 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026
19 02 2026


























