Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 18:10)
Vahid Əhmədov Sadıqovla bağlı sensasion fakt açıqladı - Video

 Sabiq deputat Vahid Əhmədov MediaTürk TV-nin qonağı olub.
Mediatv.az Modern.az-a istinadən xəbər verir ki, Vahid Əhmədovun TV-nin efirindən Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
Vahid Əhmədov qeyd edib ki, Nəcməddin Sadıqov vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib:
“Bizim üçün bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də Ukrayna ilə bağlıdır. Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdı idi, mən də Baş nazirin birici müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlar çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, eşitmişəm sənin Ukraynanın baş naziri ilə əlaqən yaxşıdır, oradan təşkil edək, silah gətirək. Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib, lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa - nə vardı, daşıdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik.
Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, Vahid müəllim, bu nədir, necə yəni? Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıqov da ordaydı, dedi ki, yox, biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, buradadır. Onda Ümumilli Lider onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər”.
шаблоны для dle 11.2

Xəbər lenti
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
12 08 2025