Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Dünən, 22:37)
İlham Əliyev Qətər Əmirinə zəng etdi

ilham-eliyev-qeter-emirine-zeng-etdi


Mediatv.az  xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.

Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
11 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025