Siyasət (Bu gün, 08:54)
Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

Bu barədə politoloq Turab Rzayev Axar.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi Bakının mövqeyi deyil, Rusiyanın Azərbaycana qarşı atdığı addımlar olub:
“Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradan əsas məqamlar AZAL təyyarəsi ilə bağlı insident, Moskvanın Azərbaycana yönəlik informasiya təxribatı və onların Bakının kəskin reaksiyasına səbəb olması idi. Rusiya bu cür reaksiyalara öyrəşmədiyi üçün gərginlik daha da artdı. Lakin son dövrlərdə bu gərginlik azalır və bunun bir neçə mühüm səbəbi var. Əvvəla, həm Bakı, həm də Moskva gərginliyin davam etməsində maraqlı deyil. Gərginliyin pik səviyyəsində belə Kremlə bağlı rusiyalı politoloqlar Bakının ədalətli mövqeyini dəstəkləməklə, Azərbaycana ictimai mesajlarını göndərməyə davam etdilər.
İkincisi, baxmayaraq ki, Azərbaycanda birmənalı qarşılanmadı, ancaq Çeçenistan matəm elan etdi, ardınca isə heyətin sağ qalan üzvlərini mükafatlandırdı. Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsinin bünövrəsinin qoyulması, Kremlin bunu Rusiyanın siyasi-mədəni həyatında mühüm hadisə adlandırması və Heydər Əliyevə yüksək dəyər verdiklərini uca səslə bəyan etmələri, Rusiya kanallarında Heydər Əliyevlə bağlı filmlər, üstəlik, Azərbaycan parlament sədrinin “Dostluq” ordeni ilə təltif edilməsi və s. Kremlin davamlı yumşaldıcı siyasətinin nümayişidir. Bu siyasət qarşısında təbii ki, aqressiv ritorika sərgiləmək qeyri-diplomatik olardı”.
Ekspertin qlobal geosiyasi dəyişikliklərin də Azərbaycan-Rusiya münasibətlərinə təsir etdiyini vurğulayıb:
“Hazırda Ukrayna müharibəsinin sona çatması istiqamətində addımlar atılır, yeni dünya düzəni istiqamətində proses gedir. Bu məqamda Azərbaycanın güc mərkəzlərindən biri ilə konfrantasiya yaşaması doğru deyil, çünki Azərbaycanın da regional maraqları var”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025
11 03 2025