Siyasət / Slayd (8-08-2023, 08:41)
Türkiyə ilə Rusiya Qarabağda toqquşur? - AKTUAL
“Regional güclərin arasında olan gərginliyin onların təsir dairəsinin olduğu bölgələrin hər birinə bu və ya digər formada təsirləri olur”.
Mediatv.az xəbər verir ki, bunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib.
Politoloq hesab edir ki, Cənubi Qafqazda da təqribən eyni vəziyyət yarana bilər:
"Amma Rusiya və Türkiyənin Cənubi Qafqazda savaşması kimi bir vəziyyətin yarana biləcəyini zənn etmirəm. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanla mütəffiqlik münasibətlərinə malikdir. Elə Qarabağın da zəmanətçi məhz Türkiyədir. Rusiyanın isə sadəcə orada yalnız sülhməramlıları var”.
Politoloq fikrincə, Türkiyə və Rusiya arasında son dövrlərdə yaşanan gərginlik fonunda tərəflər Qarabağ məsələsində qarşı-qarşıya gəlməyəcəklər:
“Qarabağda bu və ya digər formada hər hansısa təxribat ola bilər. Amma bu təxribatların bölgəyə təsirlərinin hansı formada olacağı isə bəlli deyil. Yəni bunun Rusiya və Türkiyəni qarşı-qarşıya gətirəcəyi inandırıcı görünmür. Çünki Rusiya da Azərbaycanla rəsmən müttəfiqlik münasibətlərinə malikdir və fərqli addımlar atmaq istəmir.
Ümumiyyətlə, Kremlin hazırda Cənubi Qafqaza təsir etmək ehtimalının çox yüksək olduğunu düşünmürəm. Bəlkə də separatçıların vasitəsi ilə hansısa gərginlik yaratmaq istəyə bilərlər, amma o da ciddi nəticə verməyəcək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024