Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-11-2024, 14:23)
Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin "oxları daşa dəyir"

 

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Azərbaycan öz qələbəsi və ərazi bütövlüyünü təmin etməsi nəticəsində regionda oyun qaydalarını dəyişdi.

 Prezident İlham Əliyevin 2024-cü il noyabrın 8-də Zəfər Günündə çıxışı zamanı səsləndirdiyi fikirlər də bu baxımdan səciyyəvidir. Belə ki, ölkə rəhbəri nitqində bir çox mühüm məqamlara diqqət çəkdi.

Dövlət başçısının çıxışında əsas istiqamətlərdən biri məhz bölgə ilə bağlı idi. Belə ki, o, bildirdi ki, bu gün bölgədəki yeni durumla barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Onlar bu ölkəni faktiki olaraq yeni müharibəyə hazırlayırlar. Bunun ən bariz nümunələrindən biri Ermənistanın sürətlə silahlandırılmasıdır.

 

Doğrudur, hər bir dövlətin öz müdafiəsi və təhlükəsizliyi naminə silah almaq hüququ var. Amma Ermənistanla bağlı məsələ fərqlidir. Belə ki, Fransa kimi Qərb dövlətləri rəsmi İrəvanı silahlandırmaqla onu özlərindən asılı vəziyyətə salırlar. Sonra isə “ev tapşırıqlarını” verirlər.

Diqqətçəkən məqam budur ki, Ermənistan Azərbaycanla sülh sazişi istiqamətində ləng addımlar atır. Rəsmi İrəvan dildə sülh istədiyini desə də, əməldə ciddi, səmərəli addımlar atmır. Belə ki, Azərbaycanın tələblərinə uyğun olaraq Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsbit etməsi sülh sazişinin imzalanması üçün həlledici addım ola bilər. Amma rəsmi İrəvan hələ ki, buna getmir. Düşünmək olar ki, Ermənistanın konstitusiya ilə bağlı dəyişiklik haqqında düşünməməsi həm də Qərbin təzyiq və təsirinin nəticəsidir.

Bu baxımdan deyə bilərik ki, bir sıra Qərb dövlətləri Fransanı silahlandırmaqla əslində faktiki olaraq Cənubi Qafqaza müdaxilə edir, regiondakı nizamı pozmaq istəyirlər.

 
Cozef Bayden

Əlbəttə, Ermənistanın arxasında dayanan yeganə güc Fransa deyil. ABŞ, daha dəqiq desək, Demokratlar və Cozef Bayden administrasiyası da bu məsələdə mühüm rol oynayırlar. Xatırladaq ki, bu ilin iyun ayında Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatında göstərildi ki, tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq. Əslində, bu, Vaşinqtonun İrəvan üzərindəki təsir imkanlarını artırmaq və beləliklə regiona çox müdaxilə edə bilmək cəhdidir.

Bundan başqa, aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə, ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan nümayəndələri arasında görüş keçirildi. Beləliklə, Qərb Ermənistanla birlikdə faktiki olaraq hərbi pakt yaratdı. Həmin hadisədən sonra bölgədə vəziyyətin yenidən gərginləşməsi bir daha Qərbin regionla bağlı destruktiv mövqeyini ortaya qoydu.

Bölgədəki yeni reallıqları qəbul etmək istəməyən Qərb dövlətləri Ermənistanın arxasında durmağa davam edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı olmayıb”.

Hazırkı mövcud mənzərə onu deməyə əsas verir ki, Ermənistan məhz Fransa və ABŞ kimi dövlətlərin də təsiri ilə bu gün özünü sülhpərvər kimi təqdim etməyə çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın zaman – zaman sülh haqqında səsləndirdiyi bəyanatlar belə düşünməyə əsas verir. Qarşı tərəf belə rəy yaratmağa çalışır ki, guya sülhdən yayınan Azərbaycandır. Halbuki rəsmi Bakı məntiqli və ədalətli şəkildə İrəvanın ərazi iddialarından əl çəkməsini tələb edir. Ermənistanın konstitusiya dəyişikliyindən danışmadan özünü sülhpərvər kimi göstərməsi manipulyasiya cəhdindən başqa bir şey deyil.

Bayden administrasiyası həmişə ermənipərəst mövqeyi ilə seçilib. Bu, özünü həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də sonra aydın göstərib. Belə ki, Demokratların hakimiyyəti dövründə qondarma erməni soyqırımı tanınıb, ədalətsiz, Azərbaycanı birbaşa yardımı qadağan edən 907-ci düzəliş bərpa edildi, ABŞ-nin anti- Azərbaycan siyasəti ən pik həddə çatdı. Həmçinin Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub.

 

Maraqlıdır ki, müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə müharibəyə səbəb olan, bütün imkanları ilə Cənubi Qafqazda yeni gərginlik yaratmağa çalışan ABŞ-nin özündə daxili siyasi vəziyyət heç də yaxşı deyil. Bayden dövründə nə əhalinin sosial durumu yaxşılaşdı, nə də iqtisadiyyatda irəliləmə oldu. Əksinə, vəziyyət daha da pisləşdi. Bunun nəticəsidir ki, bu günlərdə keçirilən növbəti prezident seçkilərində keçmiş dövlət başçısı Donald Trampın timsalında Respublikaçılar yenidən hakimiyyətə gəldilər, Bayden xalqın qərarı ilə hakimiyyətdən uzaqlaşdırıldı. Düşünmək olar ki, bundan sonra ABŞ-nin digər regionlar kimi, Cənubi Qafqazla bağlı siyasətində də müsbət istiqamətdə dəyişiklik olacaq.

Ümumiyyətlə, Azərbaycanı hədəf seçənlər bilməlidirlər ki, rəsmi Bakı ilə təzyiq dilində danışmaq olmaz. Bu, bir neçə dəfə sübut olunub: Azərbaycanla təzyiq ritorikası adətən bumeranq effekti verir. Odur ki, Prezident İlham Əliyevin çıxışında bir daha xatırlatdığı kimi, havadarları Ermənistanı silahlandırma siyasətindən əl çəkməli, buna son qoymalıdır. İkinci Qarabağ müharibəsi nəticəsində Qərb dövlətləri gördülər ki, Ermənistanın Azərbaycana qarşı silahlandırılması heç bir nəticə vermir. Uduzan Ermənistan, itirən Qərb olur. Bu baxımdan Fransa kimi dövlətlər Cənubi Qafqazda olmaq istəyirlərsə, bölgənin əsas oyunçusu olan Azərbaycanla münasibətləri pisləşdirmək əvəzinə, inkişaf etdirməyə çalışmalıdırlar.(Report)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024