Siyasət (9-03-2021, 20:12)
Malik Həsənov: Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilib
Keçirilən hər bir tədbir, qeyd edilən hər bir mühüm hadisə mahiyyəti, növbəti mərhələdə hansı yeniliklərə yol açması baxımından diqqət çəkir, təhlil edilir. Yeni Azərbaycan Partiyasının VII qurultayının özəlliyi ondan ibarətdir ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinin regionda və dünyada yaratdığı yeni reallıqlar dövrünə təsadüf edir. Bu reallıqlar öz növbəsində yeni hədəfləri diktə edir ki, bu da bütün imkanların səfərbər olunmasını, kompleks tədbirlərin həyata keçirilməsini, islahatların dərinləşdirilməsini zərurətə çevirir. Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli nitqi Azərbaycanın gələcək inkişafı ilə bağlı hədəflərlə yanaşı, partiya üzvlərinin qarşısında dayanan vəzifələri də özündə ehtiva edir”.
Mediatv.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf yolunun son 17 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ərazi bütövlüyümüzün təmin olunması, 30 ilin işğalına son qoyulması ilə tariximizə Zəfər Gününü yazdı. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev 2003-2020-ci illəri hazırlıq dövrü kimi xarakterizə edir. Bu illər ərzində ölkəmiz 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha da inkişaf etdi, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı, bir sözlə, düzgün müəyyənləşdirilən hədəflərə ardıcıllıqla nail olundu. Artıq Dağlıq Qarabağ münaqişəsi ifadəsi keçmişdə qalıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayının hansı zərurətdən keçirildiyini açıqlayarkən də bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşıb.
“Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ alması, regional inkişafın aparıcı qüvvəsinə çevrilməsi, sözünün imzası qədər əhəmiyyətinin olması uğurlu müstəqil siyasətin nəticəsidir”, - söyləyən deputat vurğulayıb ki, bu il dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Azərbaycan bu mühüm hadisəni qürurla, Zəfər qazanmış dövlət, xalq kimi qeyd edəcək. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir.
“Atılan hər addımda dövlətin maraqları, xalqın iradəsi öndə dayanır. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı olaraq bu reallıqlara bir daha işıq saldı ki, bütün təzyiqlərə baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım da belə geri çəkilmədi. Bir daha sübut edildi ki, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilməz. Prezident İlham Əliyev partiyanın qurultayında bir daha bu çağırışı etdi ki, müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”, - deyən Malik Həsənov qeyd edib ki, qurultayda yeni dövrün prioritetləri də açıqlandı. Azərbaycanın, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qarşısında mühüm vəzifələr dayanır. Yeni dövrdə siyasi dialoqun dərinləşdirilməsi prioritetdir. Bu prosesə müharibədən əvvəl start verildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə xalqımıza Qələbə sevincini yaşatması, bu xəbərlərin ölkə Prezidenti tərəfindən xalqa çatdırılması harada yaşamasından, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaq hər kəsdə qürur hissi yaradırdı. Vətən müharibəsində 50 siyasi partiyanın möhtərəm Prezidentimizi dəstəkləməsi, onun ətrafında sıx birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin, həmrəyliyin mövcudluğunun göstəricisi idi. Partiyanın VII qurultayında 6 siyasi partiyanın öz müraciəti əsasında Yeni Azərbaycan Partiyasına qoşulması da bu prosesin uğurla davam etdiyini ortaya qoydu.
Deputat edib ki, ümumiyyətlə, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə fonunda vəzifələr də çoxşaxəli olur: “Böyük Qayıdış proqramının icrasına başlandığı bir dövrdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qlobal informasiya məkanında yaşadığımızı nəzərə alaraq gənc nəslin milli vətənpərvərlik, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdəndir. Hər bir vəzifənin yüksək səviyyədə icrası üçün Yeni Azərbaycan Partiyasının üzvlərinə fəal olmaq çağırışı edilir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP, eyni zamanda, böyük ənənələrə malik partiyadır. Partiya gələn il 30 illik yubileyini qeyd edəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Bu proqram bütün yenilikləri, hədəfləri, özündə əks etdirəcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024