Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-09-2024, 11:59)
YAP İsa Qəmbərə cavab verdi - "...Müsavat Partiyasının dərk etməməsi özü təəccüblüdür"

YAP İsa Qəmbərə cavab verdi
Sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərinin nəticələri məlum oldu. İlkin nəticələrə əsasən, parlamentdə 68 mandat əldə edən hakim Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə qazanıb.

Həmçinin bir sıra müxalif partiyalar və bitərəf namizədlər parlamentdə təmsilçilik hüququ əldə edib. Parlament seçkilərində gözlənilməz nəticə ilə üzləşən siyasi təşkilatlardan biir də Müsavat Partiyasıdır. Partiya seçkilərə 25 namizədlə qatılsa da, heç bir dairə üzrə qələbə qazana bilməyib. Seçkinin nəticələrinə müdaxilə olunduğunu iddia edən Müsavat Partiyası parlament seçkilərinin yenidən keçirilməsini tələb edir.

Bu barədə Yenisabah.az-a danışan hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov bildirib ki, növbədənkənar parlament seçkilərində bir çox müxalifət partiyası öz səs faizini yaxşılaşdırmağı bacarıb: vakansiyalar

“7-ci çağırış Milli Məclisə seçkilər sentyabrın 1-də keçirildi. Gözləndiyi və proqnozlaşdırıldığı kimi, Ulu Öndər Heydər Əliyevin yaratdığı, “dünənin, bu günün və gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyası növbəti dəfə qalib gəldi. Bu partiya 1993-cü ildən bəri, bütün parlament, prezident və bələdiyyə seçkilərində qalib olub. Ötən gün baş tutan seçkilərdə də favorit məhz YAP idi. O ki qaldı digər partiyalara, müxalifət partiyaları da bu seçkilərdə yaxından iştirak edirdi. Bütövlükdə, ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs sayılarını artıran partiyalar da var. Düzdü, biz son sözü Konstitusiya Məhkəməsinin qərarından sonra deməliyik, amma hər halda bu sahədə vəziyyətini daha da yaxşılaşdıran partiyalar da var”.

Millət vəkilinin fikrincə, Müsavat Partiyasının bu iddiası birbaşa olaraq xalqa və seçicilərə qarşı ittihamdır:

“O ki qaldı Müsavat Partiyasına və onların iddialarına, hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur. O səbəbdən yoxdur ki, seçən xalqdır və xalqın gözü tərəzidir. Xalq baxır, bəyənir və ya bəyənmir, buna uyğun da öz seçimini edir. Ona görə də, hər hansı partiyanın narazılığı seçiciyə və xalqa qarşı ittihamdır. Müsavat Partiyası parlamentdə təmsil oluna bilmirsə, bu onun öz günahıdır. Onlar sosial bazalarını gücləndirmək, xalqın dəstəyini və səsini qazanmaq barədə düşünməlidirlər. Bu düşüncə ilə yaşamalı, öz səhvlərini araşdırmalı və nəticələr çıxarmalıdırlar. Xalqın etimadını qazanmaq lazımdır, bu etimadı qazanmadan parlamentdə təmsilçilik qeyri-mümkündür. Hesab edirəm ki, bu qədər sadə bir həqiqəti Müsavat Partiyasının dərk etməməsi özü təəccüblüdür”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024