Siyasət (26-07-2024, 22:45)
Deputat: “Solovyov kimilər Rusiya hakimiyyəti tərəfindən cəzalandırılmalıdır”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Solovyovun anti-Azərbaycan davranışı əslində vətəndaşı olduğu Rusiyanın Azərbaycanla strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərinə daban-dabana ziddir: “Fundamental məsələlərdə rəsmi Bakı və Moskvanın mövqeyi üst-üstə düşür. Biz mehriban qonşu dövlətlərik. Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır. Münasibətlərimizin inkişafı heç bir halda üçüncü tərəfi hədəfə almayıb. Azərbaycan-Rusiya münasibətləri inkişaf edir, bunu Vaşinqtonda gözəl dərk edirlər. Brüsseldə də çox yaxşı bilirlər ki, bu, heç bir halda onların əleyhinə deyil. Çünki Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir. Eyni zamanda Azərbaycanın ABŞ ilə münasibətlərinin inkişafı Moskvanın əleyhinə deyil. Bunu Kremldə də çox gözəl bilirlər. Belə olan halda özünü “jurnalist” kimi təqdim edən, əslində isə iki qonşu dövlətin dostluq münasibətlərinə ciddi xələl vurmaq istəyən Solovyov kimilər, düşünürəm, Rusiya hakimiyyəti tərəfindən də cəzalandırılmalıdır. Şuşada keçirilən İkinci Qlobal Media Forumunda da əslində bu məsələlər diqqət mərkəzində saxlanıldı ki, bu gün dezinformasiyalardan təzyiq elementi kimi ayrı-ayrı dövlətlərə, eyni zamanda Azərbaycana qarşı istifadə edirlər. Bunun real, parlaq nümunəsi Solovyovun Azərbaycan əleyhinə səsləndirdiyi yalan, iftira ilə dolu məlumatlarıdır. Hesab edirəm, rəsmi Moskva bu məsələlərə reaksiya verəcək. Solovyov kimilərin iki qonşu dövlətin dostluq münasibətlərinə xələl gətirə biləcək dezinformasiya yaymaq, propaqanda siyasətinin qarşısı ciddi şəkildə alınacaq”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025