Siyasət (23-04-2024, 16:42)
Deputat: “Guya Rusiya istinad xəttini seçmişik, Qərbdən uzaqlaşmışıq, tamamilə yanlış yanaşmadır...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, dünyanı narahat edən mühüm beynəlxalq təhlükəsizlik məsələləri Azərbaycan paytaxtında müzakirə olunur: “Buna görə də belə ittihamların heç bir əsası yoxdur. Əsas budur ki, ölkəmiz milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir. Bunun nəticəsidir ki, tarixi uğurlara imza atırıq, Vətən müharibəsində zəfər çalmışıq, bir sutkalıq anti-terror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Eyni zamanda Qazaxın 4 kəndini bir güllə belə atmadan dinc yolla geri qaytarmışıq. Paralel olaraq Rusiyanın sülhməramlı kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Bunlar tarixi nailiyyətlərdir. Bu nailiyyətləri Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi müstəqil milli mənafeyə söykənən siyasət nəticəsində əldə edə bilib”.
E.Nəsirov Prezident İlham Əliyevin Rusiya səfərini belə şərh edib: “Bu səfər bir daha göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri 2022-ci ilin fevral ayında imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyət bəyannaməsinə uyğun inkişaf etdirilir. İkitərəfli danışıqlar prosesində Rusiya Prezidenti Vladimir Putin də vurğuladı ki, bu gün iki dövlət arasında ticarət dövriyyəsi 4 milyard dollar səviyyəsini aşıb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollara bərabərdir. Cənab İlham Əliyev də vurğuladı ki, bu səfəri Baykal-Amur magistralının tikilməsinin 50 illik yubileyi dövrünə təsadüf edir. Cənab Prezident Rusiya Prezidenti Valdimir Putinin bu ittifaq miqyaslı tikintinin həyata keçirilməsində göstərdiyi misilsiz fəaliyyətə görə ulu öndər Heydər Əliyevi xatirlaması, ona olan minnətdarlıq hissini ifada etməsi məsələsinə də toxundu. Qeyd etdi ki, həqiqətən də bu gün münasibətlərimizin formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin müstəsna xidmətləri olub, indi də münasibətlərimiz dinamik inkişaf tempinə malikdir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025