Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (18-07-2024, 12:25)
Növbəti parlamentdə hansı müxalif partiya daha çox yer qazanacaq?

Növbəti parlamentdə hansı müxalif partiya daha çox yer qazanacaq?
Sentyabrın 1-də VII çağırış Milli Məclisə növbəti seçkilər keçiriləcək. Onun nəticəsi olaraq da yeni parlament formalaşacaq. Aydın məsələdir ki, əvvəlki seçkilərdə olduğu kimi sentyabrın 1-dən sonra formalaşacaq yeni parlamentdə də deputatların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərindən ibarət olacaq. YAP cəmiyyətdə böyük nüfuza malik bir partiyadır. Bu da seçicilərin mütləq əksəriyyətinin hakim partiya və onun liderinə olan böyük etimad və rəğbətindən irəli gəlir.

Bu baxımdan maraqlıdır, yeni Milli Məclisdə hansı müxalifət partiyası ikinci yeri əldə edəcək? Ümumiyyətlə, parlamentdə çoxluq qazanmağın hansı üstünlükləri var?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirir ki, Milli Məclisdə təmsil olunmaq və çoxluq qazanmaq siyasi partiyalara bir çox üstünlüklərlə yanaşı, maliyyə üstünlükləri də verir:

“Parlamentdə təmsil olunmaq və çoxluq qazanmaqla siyasi partiyaların ölkə siyasətinə təsir göstərmək imkanı da artır. Düzdür, Azərbaycanda partiya sistemi yeni qurulub.

Digər tərəfdən, parlamentdə təmsil olunmaqla partiyalar xüsusi qaydada dövlət maliyyələşməsinə cəlb olunurlar. Parlamentdə təmsil olunmaq və çoxluq qazanmaq həmin partiyalara bu mənada maliyyə üstünlüyü də verir.

Hazırda bir deputatla təmsil olunan partiyanın aylıq dövlət maliyyələşməsi təxminən 20 min manatdır. Bu da öz növbəsində partiyanın fəaliyyətinin genişlənməsinə əhəmiyyətli dərəcədə şərait yaradır. Çünki hazırda partiyalar üzvlük haqqı ilə maliyyələşmir. Partiyalara ianələr demək olar verilmir. Ona görə qalır bir dövlət maliyyələşməsi...”

Növbəti parlamentdə hansı müxalif partiyanın ikinci yerə çıxacağına gəldikdə, həmsöhbətimiz prinsip etibarı ilə seçkidə iştirak edən bütün müxalif partiyaların ana müxalifət ola biləcəyini istisna etməyib:

“Onlardan hər hansı biri 3-4 deputatla ana müxalifət ola bilər. Bu mənada Fazil Mustafanın rəhbərlik etdiyi partiya digərlərilə müqayisədə bir qədər daha yaxşı mövqeyə malikdir. Onun fəaliyyəti normal olmaqla yanaşı, orta mövqe tutan bir fəaliyyətdir. Fazil bəyin deputat olaraq da fəaliyyəti qənaətbəxşdir. Amma ana müxalifət rolunda başqa partiya da ola bilər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024