Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-04-2024, 20:39)
Deputatdan "TikTok"la bağlı VACİB TƏKLİF: Ağır cəzalar TƏTBİQ EDİLSİN

tiktokerlere-maliyye-sanksiyalari-tetbiq-edilsin-deputat-elman-nesirov-1713426914

"Milli- əxlaqi dəyərlərimizə zidd təbliğatın aparıldığı məkan, yəni "TikTok" gənclərimizin dünyagörüşünə, baxışına mənfi təsir göstərirdi".

Bu sözləri Referans.az-a açıqlamasında bir neçə gündür həbsləri davam edən tiktokerlərlə bağlı millət vəkili Elman Nəsirov deyib.

Deputat bildirib ki, son günlər tiktokerlərlə bağlı məsələlər cəmiyyətdə çox ciddi müzakirə mövzularından birinə çevrilib:

"Məsələ bundadır ki, tiktokerlərin bəziləri sosial şəbəkə platformasından milli adət-ənənələrimizə, əxlaqımıza zidd olan çağırışlar edir. Qanunla qadağan edilən fəaliyyətlərin təbliği, təşviqi ilə məşğul olurdular. Bu vəziyyət cəmiyyətdə haqlı olaraq narazılığa səbəb olurdu. Nəzərə alaq ki, "TikTok" platforması gənclərin çox fəal olduğu yerdir. Belə tiktokerler Azərbaycan dəyərlərində çaşqınlıq yaratmaq istəyirdilər. Hətta, əsrlərlə formalaşmış ənənələrimizə vaxtı keçmiş dəyərlər kimi yanaşanların sayı artırdı. Ona görə də bütün belə addımlar qəbuledilməz idi. Mən Daxili İşlər Nazirliyinin bu sahədəki fəaliyyətini xüsusi qiymətləndirmək istəyərdim. Belə halların qarşısını almaqçün konkret cəza tədbirləri həyata keçirdi".

Deputat qeyd edib ki, 30 sutkalıq cəza tədbirinə münasibətdə cəmiyyətdə birmənalı mövqe yoxdur:

"İnsanlar bildirirlər ki, 30 sutka həbsdən sonra həmin tiktokerlər əvvəlki xoşagəlməz adətlərinə qayıdacaq, əl çəkməyəcəklər. Daha sərt cəzanın tərəfdarları var. Hesab edirəm ki, cəza birinci dəfəlik 30 sutkadır. Eyni şəxs yenə də bizim adət-ənənə, dəyərlər sistemini pozan, qanundankənar fəaliyyət göstərəcəyi təqdirdə cəzalar daha da sərtləşdirilməlidir. Bu cəzalar həm də maliyyə sanksiyaları ilə müşayiət olunmalıdır. Belə olan vəziyyətdə, düşünürəm ki, daha yaxşı nəticələr əldə etmək olar. Mövqeyim belədir ki, belə tiktokerlərə qarşı olduqca sərt tədbirlər görülməlidir. Əks təqdirdə, onlar vəziyyətdən çıxmaqçün müxtəlif manipulyasiyalar edə bilərlər. Bu da cəmiyyətimiz üçün heç də yaxşı nəsə vəd eləmir".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024