Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-04-2024, 18:56)
Parlamentari: Antiazərbaycan dairələrinin və milli dönüklərin pozuculuq fəaliyyəti heç bir nəticə verməyəcək

 İran günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi. Tehran 13 aprel gecə  saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam etdi. 
Rusiya isə regionda yaranmış vəziyyətdən istifadə edərək Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır.
Göründüyü kimi, Azərbaycanın şimal və cənubunda münaqişələr alovlanıb. Hazırda cərəyan edən mürəkkəb proseslər, qanlı toqquşmalar fonunda Azərbaycanın sərgiləyəcəyi mövqe hər kəsə maraqlıdır. Azərbaycan  belə bir gərgin şəraitdə milli birlik və həmrəylik nümayiş etdirmək üçün hansı adımları atmalıdır? Dövlət maraqlarımızı hər şeydən üstün tutmaq üçün nələr etməliyik?

Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hazırki dünya çox təhlükəlidir: 
“Məşhur bir deyim mövcuddur ki, "təhlükənin olduğunu hiss etməməyin özü ən böyük təhlükədir". Bu günkü dünyamız Allahın ümüdünə qalıb. Çünki heç bir beynəlxalq hüquqi sənəd işləmir. Belə olan halda isə qlobal xaos başlayır. Burada isə Albert Eynşteynin məşhur ifadəsi yada düşür. O bildirib ki, "beynəlxalq qanunlar yalnız beynəlxalq qanunlar məcəlləsində mövcuddur". Hazırda eyni reallıqla üz-üzə qalmışıq. Bizim bölgəmiz çox mürəkkəb əraziyə çevrilib. Cənub və Şimalımızda qanlı münaqişələr alovlanıb. Rusiya-Ukrayna müharibəsi və İran-İsrail münasibətləri bölgədəki vəziyyəti qəlizləşdirir”.

Deputat qeyd edib ki, indiki vəziyyətdə qonşuluqdakı “evlərin yanmasına” biganə yanaşmaq olmaz:
“Çünki külək həmin yanğının alovunu bizə tərəf gətirə bilər. Ona görə də belə həssas məqamdə milli birlik və həmrəylik məsələləri əvvəlkindən daha böyük aktuallıq kəsb etməlidir. Azərbaycanda vətəndaş həmrəyliyi hökm sürdüyü üçün böyük dövlətdir. Biz vətəndaş müharibəsindən vətəndaş həmrəyliyinə qədər uzun yol keçmiş millətik. Eyni zamanda, güclü liderimiz və onun ətrafında birləşən güclü xalqımız var”. 

E. Nəsirov vurğulayıb ki, regionda toqquşmaların getdiyi bir zamanda müxalifətin radikal kəsmi fürsətdən istifadə etməyə çalışır:
"Həmin siyasi qruplaşmalar aprelin 21-də mitinqlər keçirməklə Azərbaycanda qarşıdurma mühiti formalaşdırmağa cəhd göstərirlər. Amma onlar, Azərbaycanın güclü dövlət olduğunu unudurlar. Xalqımızın əsas hədəfi birlik və həmrəyliyi göz bəbəyi kimi qorumaqdır. Sapı özümüzdən olan baltalar- Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura kimi milli dönüklərin Azərbaycanda qarşıdurma yaratmaqla bağlı xülyalarının reallaşma əmsalı sıfıra bərabərdir. Cəmiyyətimizin bütün təbəqələri dövlətin və Prezidentin ətrafında həmrəylik nümayiş etdirməlidir. Onsuz da Azərbaycan xalqı Prezident İlham Əliyevə olan sevgisini Prezident seçkilərində bir daha göstərdi. Xarici antiazərbaycan dairələrinin və daxildəki milli dönüklərin pozuculuq fəaliyyəti heç bir nəticə verməyəcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024