Siyasət (10-04-2024, 11:40)
Ermənistan xam xəyallarından əl çəkməlidir

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat söyləyib ki, Ermənistanın təxribatları getdikcə intensiv xarakter alır: "Görünür, Ermənistan siyasi rəhbərliyinin, əslində, fiaskoya uğramış Brüssel görüşü onlar üçün dərs olmayıb. Paşinyan güman edirdi ki, Brüsseldə ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşün nəticəsi olaraq hərbi pakt imzalanacaq. Və yaxud imzalanmasa belə, onun konturları cızılacaq və sonrakı mərhələlərdə reallaşdırılacaq. Bundan başqa, minimum bir milyard avro həcmində ilkin maliyyə dəstəyi alacaq. Lakin bu istəkləri ürəklərində qaldı".
Deputatın sözlərinə görə, İrəvana qarşı sərgilənən bu münasibət bir erməni politoloqun təbirincə desək, konfet göstərib, kağızını verməyə bənzəyir. Acı olsa da, reallıq budur. Ermənistan xam xəyallarından əl çəkməli, Azərbaycanla sülh sazişi bağlayaraq inkişafa gedən yeganə yoluna işıq tutmalıdır. "Ermənistan "böyük bacı"sı Fransanın ona hər zaman dəstək verəcəyi ilə bağlı vədlərinə aldanır. Fransa, Yunanıstan və Hindistan tərəfindən silahlandırıldıqlarına görə Ermənistanın hərbi-siyasi rəhbərliyində belə bir illüziya formalaşıb ki, revanşizm yolunu seçməklə öz istədiklərinə nail ola bilərlər. Ona görə bu günə qədər də Azərbaycana olan ərazi iddialarından əl çəkmir. Ermənistanın təxribatçı addımları nəticə etibarilə regionda onsuz da mürəkkəb olan vəziyyəti daha da kəskinləşdirir", - deyə müsahibimiz bildirib.
Elman Nəsirov deyib ki, Azərbaycan dövlətinin, onun ali siyasi rəhbərliyinin konkret, prinsipial və qətiyyətli mövqeyi var: "Bu mövqeyi Prezident İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdə dəfələrlə ifadə edib. Bizim dəyişməz mövqeyimiz ondan ibarətdir ki, sülh və əmin-amanlıq istəyirik. Onun fərqindəyik ki, biz əbədi qonşular olduğumuza görə əbədiyyən düşmən kimi yaşaya bilmərik. Məhz bu səbəbdən Ermənistanla münasibətlərimizdə yeni səhifədən başlamaq niyyətindəyik. Lakin bir şərtlə, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri, soyqırımlarını heç zaman unutmayacağıq".
Deputat əlavə edib ki, Azərbaycanın regiona uzunmüddətli və dayanıqlı sülhün gəlməsi istiqamətində atdığı addımlar təəssüf ki, adekvat cavablandırılmır: "Ermənistan sözdə sülhdən bəhs etsə də, reallıqda heç bir iş görmür. Həyata keçirdiyi işlər isə fitnə-fəsaddan ibarətdir, təxribatları ilə ABŞ və Fransanın hərbi qüvvələrini sülhməramlı adı altında regiona gətirmək istəyir. İrəvan Rusiya sülhməramlılarını ABŞ və Fransanın silahlı qüvvələri ilə əvəz etmək niyyətindədir. Məhz bu məqsədlə sərhəddə gərginlik yaradır. Yaxşı başa düşür ki, gərginlik olmayan yerdə çirkin planlarını həyata keçirə bilməyəcək".
Elman Nəsirov yekunda vurğulayıb ki, baş verə biləcək istənilən siyasi və hərbi eskalasiya vəziyyətinə görə məsuliyyət Ermənistanın və ona havadarlıq edənlərin üzərinə düşəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025