Siyasət (5-09-2022, 14:30)
Ermənistan sərhəddə atəşkəsi niyə pozur? - AÇIQLAMA

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, atəşkəsin tez-tez pozulması bir daha onu göstərir ki, hələlik Ermənistanda siyasi və hərbi rəhbərlik arasında sərhəd, Qarabağ mövzusunda vahid mövqe yoxdur.
Onun sözlərinə görə, bəzi erməni hərbçilər Azərbaycan tərəfindən təklif olunan və Ermənistanın baş naziri Nikol Paşinayn tərəfindən qəbul olunan sülh gündəliyinin tezislərini pozmaq istəyirlər.
"Həmin hərbçilər bugünkü gündəlikdə duran məsələləri alt-üst etməyə çalışırlar. Bu, Azərbaycan tərəfi üçün o qədər də maraqlı deyil. Onların arasında baş verən fikir ayrılığı bizim birgə bəyanatı Ermənistan tərəfə həzm etdirməyimizə mane olmalı deyil. Atəşkəsin pozulmasının effektiv şəkildə qarşısını almaq üçün atəşin hansı nöqtədən açılmasında asılı olmayaraq, gələcəkdə təkrarlanmasına imkan verməmək üçün atəş açılan düşmən mövqeləri təcili nəzarətə götürməlidir. Belə olduğu halda, Ermənistan tərəfi atəşkəsi pozanda düşünəcək ki, hansı daha sərfəlidir. Yeni ərazilərin itirilməsi, yoxsa atəşkəsin pozulması", - deyə ekspert vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025