Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (9-02-2024, 13:52)
Prezident ölkəni kimlərlə idarə edəcək?

 Ekspertlərə görə, 2021-2023-də təyin olunan nazirlər yerlərini qoruya bilər, amma...; daha çox narazılıq yaratmış sahənin məmurlarının fəaliyyəti nəzərdən keçirilir; yeni kabinetin təsdiqlənməsi zamanı sürprizlər də mümkündür
Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vuracaq və nəticələrini təsdiq olunmaq üçün  Konstitusiya Məhkəməsinə təqdim edəcək. Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir. Prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.
Beləliklə, bu o deməkdir ki, prezident seçilmiş şəxsin inauqurasiya mərasimi - andiçməsi fevralın 24-dək olan müddətdə təşkil olunacaq. Ölkə qanunvericiliyinə görə, prezident seçkisindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılacaq. Daha sonra dövlət başçısı baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verir. Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.
Kabinetdə hazırda bu şəxslər yer alır: Əli Əsədov - baş nazir, Yaqub Eyyubov - baş nazirin birinci müavini, Şahin Mustafayev, Əli Əhmədov - baş nazirin müavinləri, Ceyhun Bayramov - xarici işlər naziri, Zakir Həsənov - müdafiə naziri, Vüqar Mustafayev - müdafiə sənayesi naziri, Vilayət Eyvazov - daxili işlər naziri, Fikrət Məmmədov - ədliyyə naziri, Kəmaləddin Heydərov - fövqəladə hallar naziri, Samir Şərifov - maliyyə naziri, Mikayıl Cabbarov - iqtisadiyyat naziri, Pərviz Şahbazov - energetika naziri, Məcnun Məmmədov - kənd təsərrüfatı naziri, Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Sahil Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Teymur Musayev - səhiyyə naziri, Emin Əmrullayev - elm və təhsil naziri, Adil Kərimli - mədəniyyət naziri, Fərid Qayıbov - gənclər və idman naziri, Muxtar Babayev - ekologiya və təbii sərvətlər naziri, Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Anar Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Bahar Muradova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Mürsəl İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri, Qoşqar Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri.
Ekspertlərə görə, 2021-2023-də təyin olunan nazirlər böyük ehtimalla yerlərini qoruyacaqlar. Vüqar Mustafayev (müdafiə sənayesi naziri), Fərid Qayıbov (gənclər və idman naziri), Şahin Bağırov (Dövlət Gömrük Komitəsinin sədri), Məcnun Məmmədov (kənd təsərrüfatı naziri) və Adil Kərimlinin (mədəniyyət naziri) adını çəkmək olar. Bəs hökumətin kabinetində hansı dəyişikliklər gözlənilir? Nazirlərdən, komitə sədrlərindən kimlər vəzifəsini itirə bilər?
 



 Elman Nəsirov 
YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a dedi ki, seçkilərin qalibi bəllidir, cənab İlham Əliyev qələbə qazanıb və ayrı-ayrı ölkələrin liderlərindən artıq təbrik məktubları almaqdadır: “O ki qaldı Nazirlər Kabinetində dəyişikliklərə, əlbəttə ki, hansı naziri vəzifədə saxlamaq, hansı məmuru işdən azad etmək dövlət başçısının səlahiyyətində olan məsələdir. Azərbaycanda geniş islahatlar aparılır, bütün sahələrdə dəyişikliklər baş verir, korrupsiyaya qarşı mübarizə aparılır, o baxımdan yeniliklər, dəyişikliklər olması, yeni təyinatlar istisna deyil. Cənab Prezident 2018-ci ildə prezident seçiləndən sonra bəyan etmişdi ki, dərin və hərtərəfli islahatlar başlanır. Bundan sonra ölkədə ciddi şəkildə kadr islahatları, struktur dəyişikliklərinə şahid olduq. Ona görə də bu seçkidən sonra Azərbaycanda yeni dövr başlanır, islahatların növbəti mərhələsinə start verilir, bu prosesdə də kadr dəyişiklikləri, Nazirlər Kabinetinin tərkibinin yenilənməsi mümkündür”.
 





Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli dedi ki, ciddi struktur dəyişikliyi gözləmir, amma Nazirlər Kabinetinin  tərkibində yeniliklər mümkündür: “Nazirlər Kabinetinin tərkibində dəyişikliklər olacaq. Sözsüz ki, yeni kadrların təyinatı müəyyən müsbət təsir göstərir, amma təkcə bununla problemlər həll olunmur. İslahatların həyata keçirilməsi üçün konsepsiya hazırlanmalı, yerli icra orqanları, idarələrin fəaliyyəti ilə bağlı ayrıca yeni proqram qəbul olunmalıdır. Məsələn, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinin məhdudlaşması istisna deyil. Bütövlükdə islahatların genişlənməsi labüddür, idarəetmədə yeni yanaşmalar tətbiq olunması vacibdir”.
 





Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə bildirdi ki, idarəetmənin fəlsəfəsi dəyişməlidir. Onun fikrincə, söhbət gənc və ya yaşlı kadrlardan getmir, yanaşma müasir olmalıdır: “Azərbaycanda tənqid olunan gənc məmurlar heç də az deyil. Bir neçə il əvvəl məsələnin qoyuluşu yaşla əlaqələndirilirdi. Amma korrupsiyanın yaşı olmur və onunla mübarizə üçün sistemli iş görülməlidir. Bunun üçün ölkədə ASAN modeli bütün sahələri əhatə etməlidir. Çünki hər hansı şəxs vəzifəyə təyin olunanda, kresloda varlanmaq haqda fikirləşməyə başlayır”. 
Hüquq müdafiəçisi NK-nın tərkibində yenilərin olacağını gözləyir: “Təbii ki, qərar vermək səlahiyyəti Prezidentə aiddir. Amma ictimai rəy var, mediada gedən məlumatlar mövcuddur, hakimiyyət təhlillər aparır, monitorinq edir, daha çox narazılıq yaratmış sahələrin məmurlarının fəaliyyəti nəzərdən keçirilir və qərar qəbul olunur. Hər bir nazir bilməlidir ki, onun atdığı addım dövlətin, Prezidentin diqqətindədir. Bu dəfə yeni  kabinetin təsdiqlənməsi zamanı sürprizlər də mümkündür. Hər halda, yaşayarıq, görərik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024