Siyasət / Slayd (1-02-2024, 11:23)
Milli Məclisin yaz sessiyası BAŞLADI
Milli Məclisin yaz sessiyası üzrə ilk iclası başlayıb.
Mediatv.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açdıqdan sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi;
2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
3. Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi;
4. “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında qanun layihəsi;
5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
6. “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
7. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
8. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
9. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
10. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).