Siyasət (25-01-2024, 09:11)
“Azərbaycan haqlı olaraq AŞPA-da fəaliyyətini dayandırdı” - Qabil Hüseynli

“Hazırda belə təəssürat yaranır ki, xristian dünyası Azərbaycanın bir dövlət kimi əldə etdiyi naliyyətlərdən o qədər də razı deyil. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən xoşhal deyillər. Əlbəttə, bu təəssüf doğuran haldır. Açıq demək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını qəbul etmək istəmirlər. Bu səbəbdən də müxtəlif bəhanələr gətirərək Azərbaycana təzyiq etmək, onu zəiflətmək, öz iddialarını qəbul etdirmək istəyirlər”.
Bunu Reyting.az-a sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Avropa Şurası və onun Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı haqsız iddialarını şərh edərkən bildirib.
Q. Hüseynli Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə qədər təxirə salmasına dair bəyanatla çıxış etdiyini və bunun doğru gediş olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Avropada, xüsusilə AŞPA kimi mötəbər qurumda islamfobiya və Azərbaycanfobiya açıq şəkildə özünü biruzə verir: “Təəssüflə deməliyəm ki, müxtəlif qüvvələr AŞPA-da Azərbaycana təzyiq etmək məqsədilə addımlar atırlar. Azərbaycan heyətinin etimadnaməsini qəbul etməmək kimi təşəbbüslər də bunun nəticəsində ortaya çıxıb”.
Q. Hüseynli deyib ki, AŞPA-da, ümumilikdə Avropada anti-Azərbaycan fəaliyyətinin başında Fransa dayanır:
“Təəssüflər olsun ki, son dövrlər mədən ölkə kimi tanınan Almaniya da bu prosesdə rol loynayır. Azərbaycan Avropanı qaz və neftlə təmin edir, mümkündür ki, gələcəkdə yaşıl enerji ilə bağlı da təminat həyata keçirilsin. Yəni Azərbaycan Avropada mühüm və əhəmiyyətli ölkə statusundadır. Lakin buna baxçmayaraq Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq kimi cəhdləri müşahidə etdik. Bununla xalqımız da üçün xoş olmayan ovqat yaratmaq istəyirlər”.
Professor xatırladıb ki, Azərbaycan AŞPA-nın fəaliyyətində çox aktiv iştirak edib, xüsusi fəallığı ilə seçilib: “Amma son günlər AŞPA-da Azərbaycana qarşı müşahidə edilənlər səlib yürüşlərini xatırladır. Azərbaycana qarşı şərt, əsassız ittiham və iddialar səlib yürüşlərindən fərqlənmir. Odur ki, bu məqamda xristian dünyanın bu hissəsinin fəliyyətini tənqid etməyə bilmirsən”.
Q. Hüseynli əlavə edib ki, Avropa Şurasında Azərbaycanı gözü götürməyən qüvvələr mövcuddur və bu qüvvələrin anti-Azərbaycan fəaliyyəti 2001-ci ildən özünü göstərir: “AŞPA son 23 ildə işğalçı Ermənistanla əraziləri işğal altında olan Azərbaycan arasında əsla fərq qoymayıb. Bu, bizim üçün müəyyən nəticələr çıxarmaq baxımından mühüm faktdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025