Siyasət (2-02-2024, 21:54)
Sabitlik və inkişafın davamına səs verəcəyik

Növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca ölkədə seçki həyəcanı da artır. Gərgin seçki mübarizəsinin keçməsinə baxmayaraq ölkə əhalisinin mütləq əksəriyyəti hesab edir ki, bu seçkilərin favoriti və qalibi İlham Əliyevdir. Elə bunu İlham Əliyevin opponentləri də açıq şəkildə etiraf edirlər. Ölkədəki seçkiöncəsi mühiti dəyərləndirərək deyə bilərik ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar vaxtında və haqlı olaraq verilibdir.Mübaliğəsiz demək olar ki, bu qərar düşmənlərimizin ölkəmizə qarşı məkirli fikirlərinin alt-üst edilməsində mühüm rol oynayıb.Məlumdur ki, prezident seçkilərində bir neçə namizəd iştirak edir. Onların hansı məqsədlə seçkilərə qoşulmasından asılı olmayaraq hamısına müvəffəqiyət arzulayıram. Ancaq, yəqin ki, onların hamısı 44 günlük Vətən Müharibəsinin və qısamüddətli antiterror əməliyyatının, dövlətimizin ərazi bütövlüyünün və süverenliyinin bərpasının memarı olan, xalqımızın mütləq əksəriyyətinin rəğbətini qazanmış İlham Əliyevin seçkinin favoriti olduğunu bilməmiş deyillər. Əminliklə demək olar ki, indiki şəraitdə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi dövlətimiz, vətənimiz və xalqımız üçün yeganə düzgün seçim olardı və bunun belə olacağı heç bir şübhə doğurmur".
Azərbaycanın uğurlarını həzm edə bilməyən düşmənlərimiz ölkəmizə qarşı məkirli fikirlərindən əl çəkmək istəmirlər.
İndiki şəraitdə xalqımızın bədxaxlarımızın bu mənfur fikirlərini darmadağın edə biləcək bir liderə ehtiyacı vardır. Əminliklə demək olar ki, bu lider İlham Əliyevdir!.
Ələkbər Nəzərov
"Günəşli" sanatoriyasının baş həkimi

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025