Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (1-04-2015, 12:54)
Bərdə: 2014-cü il uğurlu göstəricilərlə yekunlaşıb

Bərdə: 2014-cü il uğurlu göstəricilərlə yekunlaşıb

 

Dövlətimiz tərəfindən xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ardıcıl və davamlı xarakter alan bu tədbirlər, ələlxüsus da regional inkişafa dair Dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramlar, demək olar ki, bütün regionların, o cümlədən qəsəbə və kəndlərin inkişafı üçün münbit şərait yaratmışdır.

Bərdə və bərdəlilər də respublikamızda gedən inkişaf prosesindən həm faydalanır, həm də tərəqqiyə öz əməli töhfələrini verirlər.

2014-cü ildə hörmətli Vidadi İsayevin rəhbərlik etdiyi Bərdə rayonunda 36 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarının tikintisi davam etdirilmiş park-bulvarda giriş arxası, 6 fontan, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, asma körpü, avtomaşın dayanacağı tikilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, rayon təhsil şöbəsinin, 1 saylı Uşaq Musiqi Məktəbinin, Əmlak Komitəsinin Reyestr Xidmətinin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya Laboratoriyasının inzibati binalarının tikintisi başa çatdırılmış, “Bərdə” türbəsinin bərpası, Mədəniyyət sarayının, Gənclər Evinin, məcburi köçkünlər üçün 588 ailəlik yeni yaşayış məhəlləsinin, “Avromed” MMC binasının, Qazaxlar, Nazırlı kənd, şəhər 7 saylı tam orta məktəbdərin, “ASAN xidmət” Mərkəzinin, Mehdili kəndində müasir yeni zavodunun, tutumu 2000 ton olan soyuducu anbarın, Yol Polis Xidmətinin müasir binasının tikintisi davam etdirilmiş, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri üçün tədbirlər görülmüşdür.

Ötən il rayonda 303,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 12,2 milyon manat dəyərində sənaye, 139,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. İl ərzində sənaye məhsulu istehsalı 9,4 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 8,1 faiz, nəqliyyat və anbar təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətləri 27,8 faiz, ticarət xidmətləri 15,6 faiz, pullu xidmətlər 28,7 faiz artıb. Bütün mənbələr hesabına ümumi sahəsi 35,1 min kv.metr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir. Rayon büdcəsinin yerli gəlirləri proqnozuna 2014-cü il ərzində 99,9 faiz, xərcləri proqnozuna 97,9 faiz əməl edilmişdir. Bütün zəruri xərclər icra edilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 4321 yeni iş yerləri açılmışdır ki, bunun da 1981-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 1971-i fiziki şəxslərdə, 2340-ı digər layihələrin həyata keçirilməsi ilə yaradılmışdır. Dövlət Proqramları qəbul olunandan indiyədək 25574 yeni iş yerləri açılmışdır ki, bunun da 12773-ü daimi iş yerləridir.

 Şəhər icra nümayəndəliyi vətandaşların probleminə diqqətlə yanaşır

 

 Bərdə Rayon İcra Hakimiyyətinin Bərdə şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Əli Fərzəliyevin rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

Ötən 2014 -ci il ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatlarının uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir. Arxada qalan «2009-2014-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Bərdə şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.

Bərdə yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir


Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Rza Əliyev nikbinliklə proqnoz edir ki, yaxın illərdə Bərdə rayonunun inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.

 

Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır

 

Rayon İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Kərim Babayevin rəhbərlik etdiyi

Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.

Onu da qeyd edək ki, DSMF Bərdə rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.

DSMF Bərdə rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.

 

ƏSMM işini günün tələbləri səviyyəsində qurur.

 

Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Raqub Məmsiyevin rəhbərlik etdiyi Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur

 Bərdədə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşır

 

Hazırda Bərdə rayonunda bütün tərəqqipərvər qüvvələr “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilmişdir. “Aqrolizinq” ASC-nin rayon “Aqroservis” filialı yeni kənd təsərrüfatı texnikası ilə təmin edilir, əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün meliorasiya-irriqasiya işləri görülür, yeni subartezian quyuları qazılır, kəndlər qazlaşdırılır, elektrik şəbəkələri yenidən qurulur.Namiq Əhmədovun rəhbərlik etdiyi Bərdə Suvarma Sistemləri İdarəsi,Qulu Abışovun rəhbərlik etdiyi Bərdə Subartizan Quyularının İstismarı İdarəsi,Anar Rzayevin rəhbərlik etdiyi Qarabağ Meşə-Melorasiya İdarəsi üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir,əkin sahələrinin suya olan təlabatını lazımınca ödəyirlər.

Dövlət Proqramına uyğun olaraq, Yuxarı Qarabağ kanalının maşın qolşunun tikintisi, qrunt sularının səviyyəsinin aşağı salınması istiqamətində işlər davam etdirilib. Həmçinin, Kətənparaq, Hacallı və Xanərəb kəndinin hər birində iki, Gərənə, Divanlı, Əmirli, Xanxanımlı, Dəymədağıldı, Qurdlar, Soğanverdilər, Yeni Daşkənd, Körpüsındıran, Samuxlu, Bəciravan, Kərimbəyli və Ərəblər kəndlərinin hər birində isə bir ədəd olmaqla, ümumilikdə 19 subartezian quyusu vurulub.

Suvarma kanalları 1 milyon 175 min, açıq dren kanalları 510,5 min kubmetr lildən təmizlənib, 171,1 min kubmetr torpaq işi görülüb, 4 kilometr beton kanallar, 3 dizel mühərriki, 6 nasos stansiyası, 8 elektrik mühərriki əsaslı təmir edilib, Tərtər çayının yanağında 80 min kubmetrlik tənzimləmə işləri aparılıb.

 

Əhalinin tibbi müayinəsi uğurla həyata keçirilir                     

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 2-dən başlayaraq ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda da uğurla davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, təcrübəli mütəxəssis İftixar Zeynalovun KİV-ə verdiyi məlumata görə, aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Rayon sakinləri mərkəzi rayon xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində, şəhər poliklinikasında və kəndlərdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun kəndlərində əhalinin tibbi müayinəsi həyata keçirilir.

Əhalinin müayinəsi tərtib edilmiş qrafika əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, lor, oftalmoloq, ginekoloq, nevrapatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edir, kardioqramm, ultrasəs, rentgen, laborator və digər müayinələr təyin olunur. Aksiyanın ilk həftəsi ərzində 9117 sakin tibbi müayinədən keçirilib, 200 nəfər ambulator, 84 nəfər stasionar müalicəyə cəlb edilib. Daha 21 nəfər müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti bərdəkilər tərəfindən minnətdarlıqla qarşılanıb.

 

Ötən il Bərdə rayonunun təhsil həyatında yadda qalan hadisələrlə zəngin olub

 Təcrübəli pedaqoq Rzaqulu Şərifovun rəhbərlik etdiyi Bərdə rayon Təhsil Şöbəsi rayonda təhsilin səviyyəsini qaldırmaq üçün lazımı qədər çalışırlar.

Beləki 2013-2014-cü tədris ilinin məzunlarından 728 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onlardan 344 nəfəri ali məktəblərə qəbul olunub. 63 nəfər məzun 500 baldan yüksək, o cümlədən 21 nəfər 600-dən yuxarı bal toplayıb. Yüksək bal toplayan məzunlardan 4-ü Prezident təqaüdünə layiq görülüb. Prezident təqaüdünə layiq görülənlərin sayına görə Bərdə rayonu respublika üzrə Bakı və Sumqayıt şəhərlərindən sonra 3-cü yerdədir. Bundan əlavə, ali məktəblərə qəbul imtahanlarında iştirak edən 126 məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olunub.

Rayonun müəllimləri və ümumtəhsil məktəbləri 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələrində fəal iştirak ediblər. Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin müəllimləri - Rəna Həsənova, İradə Baxşəliyeva, Adib Salmanov, 340 nömrəli şəhər məktəbinin müəllimi Ruhiyyə Ağayeva və Şorəlli kənd tam orta məktəbinin müəllimi Aqil Həsənov “İlin ən yaxşı müəllimi”, şəhər 2 və 4 nömrəli tam orta məktəbləri isə “İlin ən yaxşı məktəbi” müsabiqələrinin qalibi olublar.

Ötən il təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilib. 1 nömrəli Nazırlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün 180 şagird yerlik məktəb binaları və təhsil şöbəsinin inzibati binası tikilib istifadəyə verilib. Şəhər 7 nömrəli ümumi orta məktəb üçün 360 şagird yerlik binanın tikintisi başa çatıb. Hazırda 180 şagird yerlik Türkmən kənd tam orta məktəbinin tikintisi, 1176 şagird yerlik şəhər 2 nömrəli, 840 şagird yerlik 5 nömrəli və 1176 şagird yerlik 6 nömrəli tam orta məktəblərinin əsaslı təmiri davam edir.

 

Qədimliklə müasirliyin vəhdəti

 

Bir-birindən yaraşıqlı, gözəl binaların tikilib istifadəyə verildiyi müasir Bərdədə həm də bu şəhərin qədimliyinin yadigarları etibarlı qorunmaqdadır. Şanlı keçmişi özündə yaşadan tarixi abidələr, milli mədəniyyət nümunələri qayğı ilə mühafizə olunur, təmir və bərpa edilir. Çox hörmətli İlyas Hacıyevin rəhbərlik etdiyi Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Keçən il Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup əməkdaşı rayonda olmuşlar. Ərazidəki tarixi mədəniyyət abidələrinin vəziyyəti ilə yaxından maraqlanan tədqiqatçı alimlər rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən geniş tərkibli görüşdə qeyd ediblər ki, Bərdənin 3 min ildən çox yaşı var.

Bərdədə diqqət çəkən xeyli tarixi abidə var. Onların bir çoxu hazırda dövlət vəsaiti hesabına təmin olunur. Antik dövrə aid olan Şortəpə nekropolu rayonun Şatırlı kəndinin şimal-şərqindədir. İlk yaşayış məskəni olan nekropolda arxeoloji qazıntı işləri davam etdirilir. Eramızdan əvvəl tikilən Torpaq qala Bərdənin mərkəzindədir. Mühafizə xarakteri daşıyan qala şəhəri yadellilərdən qorumaq məqsədilə inşa olunmuşdur.

Rayonda daha çox diqqət çəkən abidələrdən memar Əhməd ibn Əl-Hafiz Naxçıvani tərəfindən hicri-qəməri təqvimi ilə 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpünün qalıqları, təxminən 1200 il əvvəl tikilmiş İbrahim məscidi bu gün çox etibarlı qorunmaqdadır. Dövrünün məşhur memarlarından olan Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-ci ildə əsaslı şəkildə bərpa edilən Bərdə İmamzadəsinə bu gün də ölkənin müxtəlif bölgələrindən çoxsaylı ziyarətçilər gəlir.

 

***

 

 

Bərdədə müşahidə olunan inkişaf templəri belə qənaətə gəlməyə əsas verir ki, hörmətli cənab Vidadi İsayevin başçılıq etdiyi Bərdə Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər qüvvələrini səfərbər edib 2015-ci ildə də yeni-yeni uğurlara imza atmağa nail olacaq, Bərdə zəhmətkeşlərinin ölkəmizin tərəqqisinə daha sanballı töhfə vermələri üçün mövcud imkanlardan tam və səmərəli istifadə olunmasını təmin edəcəkdir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024