Siyasət (17-10-2023, 14:45)
Gələn il ölkəmizdə referendum KEÇİRİLƏCƏK? - AÇIQLAMA

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində gələn il üçün seçkilərin keçirilməsi və statistika tədbirləri üzrə xərclər açıqlanıb.
Layihəyə əsasən, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 2,3 dəfə çoxdur. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 46 730 295,0 manat ayrılması nəzərdə tutulub.
Görünən odur ki, gələn il üçün dövlət büdcəsində seçki xərclərinin birdən-birə 2.3 dəfə artırılması nəzərdə tutulur.
Görəsən bu istiqamətdə büdcə artımına səbəb nədir?
Mediatv.az -ın xəbərinə görə, Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, rəqəmlərlə tanışlıq referendumun keçirilməsinin mümkünlüyü qənaətinə gəlməyə əsas verir:
“2023-cü ilin dövlət büdcəsilə müqayisədə gələn ilin dövlət büdcəsində seçkilər və statistika ilə bağlı xərclərin iki dəfədən də çox artırılması nəzərdə tutulur. Seçki və referendum keçirilməsi məsələsi Prezidentin səlahiyyətində olan məsələdir. Ölkənin ali siyasi rəhbərliyi məqsəd biləcəyi təqdirdə, referendumun keçirilməsi də istisna deyil. Bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunan məsələlər sırasındadır.
Rəqəmlərlə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, referendumun keçirilməsi mümkün ola bilər.
Bunu dəqiq bilmirəm, amma hər halda rəqəmlərin özü də bir göstəricidir. Qarabağda baş verən son proseslər, bayrağımızın artıq Xankəndi, Xocalı və Xocavənd və Ağdərədə dalğalanması yeni reallıqlar deməkdir.
Belə olan təqdirdə, Konstitusiyaya yenidən baxılması, ora müəyyən düzəliş və əlavələrin edilməsi məsələsi aktuallaşa bilər. Bütün bu reallıqları nəzərə alıb, büdcədə seçkilərlə bağlı xərclərin artırılmasının motivlərini başa düşmək olar. Düzdür, bu istiqamətdə hələlik hər hansı bir müzakirələr olmayıb”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025