Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-11-2019, 16:00)
Nazir və Palata sədrindən əhalini sevindirəcək - PROQNOZ

 Bu gün Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilib.
Mediatv.az-ın
məlumatına görə, çıxış edən Maliyyə naziri Samir Şərifov deyib ki, gələn ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır.
Nazir qeyd edib ki, Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb.
“Növbəti ildə də bu işlər davam etdiriləcək”,-deyə S.Şərifov əlavə edib.
O xatırladıb ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə söyləyib ki, 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur.
Palata sədri vurğulayıb ki, növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir.
V.Gülməmmədov qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsində xərclərin həcmi 2019-cu ildəkinə nisbətən artacaq. Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.
Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.
Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024