Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-08-2023, 14:00)
Baş prokuror Kəlbəcər və Laçına səfər etdi - Fotolar

bas-prokuror-kelbecer-ve-lacina-sefer-etdi



Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.

Mediatv.az  xəbər verir ki, nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini  - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Qubadlı hərbi prokurorluqlarının  əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyini vurğulamaqla, işğaldan azad edilmiş rayonlarda xidmət edən prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün maddi-texniki təminat və təchizatın günbəgün daha da yaxşılaşdırıldığını bildirib, onlara tapşırıq və tövsiyələrini verib.Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.
Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.
Xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Bundan başqa, səfər zamanı Baş prokuror və nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında həyata keçirilən infrastruktur layihələr, tikinti və quruculuq işləri ilə yaxından tanış olublar.

 




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025