Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-06-2023, 17:23)
“Fransa olan yerdə haqq-ədalətdən söhbət gedə bilməz” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

 














“Heç kəsə sirr deyildir ki, Fransa ermənipərəst siyasəti ilə daha heç kimi təəccübləndirmir. Nəzərə alsaq ki, Vətən müharibəsi getdiyi dövründə Emmanuel Makron öz tvitlərini Fransız dilində deyil, erməni dilində yazırdı və ermənidən çox erməni olmaq istəyirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
 






Deputat sözlərinə belə davam edib: “O da diqqətdən yayınmır ki, 30 il ərzində hətta Qarabağdakı qondarma rejimi yaradan Ermənistan hakimiyyəti belə bu separatçı rejimin müstəqilliyini tanımamışdı. Amma Fransa parlamentinin hər iki palatası bu qondarma rejimin bu günləri tör-töküntülərinin belə müstəqilliyini tanıyır və beynəlxalq birliyin subyekti kimi görmək istəyir. Hətta Emmanuel Makron bir müddətdən sonra prezident olmayacağı təqdirdə onun erməni lobbisi və diasporunun yaratdığı ən böyük lobbi təşkilatlarının birinə rəhbərlik edəcəyini eşitsəniz, təəccüblənməyin. Yaxud da ki bu prosesdə korrupsiya hallarına görə onun da Sarkazili ilə eyni taleyi yaşayacağına görə təəccüblənməyin. Bu da ola bilər. O da Sarkazili kimi həbs oluna və daha ağır cəzaya məruz qala bilər. Amma bugünkü reallıq ondan ibarətdir ki, Fransa parlamenti tam açıq, birmənalı şəkildə anti-Azərbaycan fəaliyyət göstərir, Ermənistanın yanında yer alır.
Bu günlərdə Fransanın Xarici işlər nazirinin Avropa Parlamentində çıxışında Fransanın erməni xalqının yanında olduğunu bəyan edirsə, siz daha nə gözləyə bilərsiniz?!
İndi də məlum olur ki, həmin Fransa parlamentinin 170 nəfər deputatı qondarma Qarabağdakı erməni separatçılarının dırnaqarası hakimiyyətinə dəstək çağırışı edib. Bu dəstək çağırışında da guya ki Qarabağda yaşayan ermənilərin çox ciddi humanitar fəlakətlə üz-üzə qaldıqları, onlara qarşı sərt blokada siyasəti yeridildiyi, Laçın dəhlizinin ölüm dəhlizinə çevrildiyi, Qarabağda yaşayan ermənilərə qarşı Laçın dəhlizindən təzyiq və təhdid kimi istifadə edildiyinə kimi yalan, iftira ilə dolu məlumatlar öz əksini tapıb.
Hesab edirəm ki, bütün bu reallıqlar fonunda elə Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda saxlanması motivləri başa düşüləndir. Hətta keçən il oktyabr ayının 6-da Praqada və bu ilin iyunun 1-də Kişinyovda keçirilən məlum görüşlər çərçivəsində Emmanuel Makron iştirak etsə belə onun bu iştirakı qapıdan girmə deyil, pəncərədən daxil olma kimi qiymətləndirilə bilər. Oradakı Fransa, Makron və fransız deputatlar var, orada haqq-ədalətdən söhbət gedə bilməz və açıq-aşkar ermənipərəst mövqe ortada olacaq və bu heç kimi təəccübləndirmir.
İndi isə növbəti dəfə biz artıq 170 deputatın timsalında Qarabağdakı separatçı rejimin tör-töküntülərinə çox ciddi bir dəstəyin olduğuna şahidlik etdik. Mənə elə gəlir ki, bütün bu reallıqlar fonunda Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel oktyabr ayında keçiriləcək Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına həsr ediləcək sammitdə heç bir halda Fransanın iştirakı məsələsi heç nəzəri baxımdan da müzakirə məsələsi olmamalıdır”.
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025