Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-11-2022, 13:48)
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan İranla bağlı - Bəyanat

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporundan İranla bağlı

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İranda baş verən hadisələr və İranın regionda yaratdığı təhdidlə bağlı bəyanat yayıb.

Mediatv.az xəbər verir ki, bəyanatda son zamanlar İranın həm regiondakı hadisələrdə, həm də Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə təcavüzkarın yanında yer alması qınanılıb:

“Ukraynada minlərlə günahsız insanın ölümünə, eyni zamanda milyonlarla insanın öz yurd-yuvasından didərgin düşməsinə işğalçı Rusiya ilə əlbir olan İran da məsuliyyət daşıyır.

Rusiyaya silah satdıqlarını etiraf edən İran rəsmilərinin bu hərəkəti beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən diqqətə alınmalı, adekvat tədbirlər görülməlidir. Əks təqdirdə Rusiyanı silahla təchiz edən, vətənimiz Azərbaycanı isə sərhəddə hərbi təlim keçməklə təhdid edən İranın bu aqressiyası davamlı xarakter alacaqdır”.

Bəyanatda qeyd edilib ki, Ukraynada yaşayan UABD üzvləri hər zaman olduğu kimi, bundan sonra da cənublu soydaşlarımızın yanında olacaq: “Onların haqq səsinə səs verir, eyni zamanda digər ölkə və şəhərlərdə yaşayan Azərbaycan diaspor təşkilatlarını da bu bəyanata qoşulmağa dəvət edirik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
20 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025