Siyasət (26-09-2022, 15:26)
Zəfər yolu ilə gələcəyə doğru qürurla...

Malik Həsənov qeyd edib ki, Prezident İlham Əliyev bütün çıxışlarında, qaçqın və məcburi köçkünlərlə görüşlərində heç vaxt ərazi bütövlüyümüzün pozulması ilə barışmayacağımızı, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəyimizi bəyan etdi.
2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter aldığını vurğulayan millət vəkili bildirib ki, həmin il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu: “Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdən “Hücum!” əmrini alan Azərbaycan Ordusu qələbə əzmi ilə irəlilədi. Ölkə Prezidentinin hər gün xalqa müraciəti Qələbə müjdəli oldu. Silahlı Qüvvələrimiz ermənilərin illərdir qurduğu istehkamları dağıtdı, hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü. Bu texnikanın bir qismi Zəfər Paradında nümayiş olundu. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı buraya gələn hər bir ziyarətçiyə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın tarixi Zəfərinin, postmünaqişə dövrünün reallıqlarının təqdimatı oldu.”
Malik Həsənov qeyd edib ki, bu gün xalqımız o günlərdən başlanan Zəfər yolu ilə gələcəyə doğru qürurla addımlayır: “Hazırda Qarabağda, Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, tarixi abidələrimizi dağıdıb. Azərbaycan bütün bərpa və quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Ölkəmiz bu sahədə də təcrübəsini nümayiş etdirir. Belə ki, müharibədən çıxan ölkə üçün bərpa-quruculuq işlərinə başlamaq asan deyil. Amma Azərbaycan müharibə başa çatan kimi dərhal bərpa-quruculuq işlərinə başladı. Bu, həm ölkəmizin malik olduğu imkanların, həm də öz tarixi torpaqlarına sahib olan xalqımızın qurucu xalq olduğunun göstəricisidir. İki ildə görülən işlərin miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Hədəflərə çatmaq üçün bütün imkanlar mövcuddur - Siyasi iradə, iqtisadi güc, xalqımızın səfərbərliyi, milli həmrəylik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxr edir ki, qalib ölkənin vətəndaşıdır. Bizə bu xoşbəxtliyi, qüruru yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Dövlət baçısı İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna tarixi səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında səsləndirdiyi “Bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir” fikirləri dünənimizə baxış fonunda bu günümüzün və gələcəyimizin aydın mənzərəsini təqdim edir.”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
22 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025
21 06 2025