Düşmənin sərhəddə törətdiyi genişmiqyaslı təxribatdan sonra həlak olaraq ərazidə qalan erməni hərbi qulluqçuların meyitləri qarşı tərəfə təhvil verilir.

Mediatv.az xəbər verir ki, bu gün 95, sentyabrın 17-də isə 32 erməni hərbçinin meyiti qarşı tərəfə qaytarılıb.

Erməni hərbçilərin meyitləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

Qeyd edək ki, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib.