Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-09-2022, 13:24)
Ordumuz Hadrutda 73 nəfərlik bölüyü necə məhv edib? - YENİ DETALLAR

 Sentyabrın 10-da Harutda öldürülmüş erməni hərbçilərin 30-a yaxın valideyni Ermənistan İstintaq Komitəsinin rəhbəri Arqişti Kərəmyanla görüşüb. Həmin valideynlərin övladları isə 2020-ci il oktyabrın 11-də 73 nəfərdən ibarət məşhur bölüyün tərkibində döyüşüb. Onlar Qarabağın "müdafiə ordusunun" keçmiş komandanı Cəlal Arutyunyanın əmri ilə Ağdərədən artıq Azərbaycanın işğaldan azad etdiyi Hadrut şəhərinə göndəriliblər.
"Mamul" saytı yazır ki, həmin bölükdə olanlardan heç biri sağ qalmayıb.

“Bu iş üzrə ibtidai istintaq başa çatıb. İstintaqla müəyyən edilib ki, xidməti vəzifəyə səhlənkar münasibət göstərən 2 nəfərə qarşı ittiham irəli sürülüb. İstintaq Komitəsi onların adlarını dərc etmir. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxs qismində alayın komandiri Qor İşxanyan və Qarabağın "Silahlı Qüvvələrinin" əməliyyat qərargahının keçmiş rəisi Nver Martirosyan ittiham olunur. Valideynlərin oğullarının ölümündə əsas günahkar hesab etdikləri Cəlal Arutyunyan isə təqsirləndirilənlər arasında deyil.

Görüş zamanı valideynlər Ermənistan İstintaq Komitəsinin sədrindən Cəlal Arutyunyanın məlum proseslərə təqsirləndirilən şəxs qismində cəlb edilməsini tələb ediblər. Bu məsələ küçə aksiyaları zamanı da irəli sürülüb", - nəşr yazıb.

Qeyd edilir ki, narazı valideynlərlə Kərəmyan arasında olan görüş sakit məcrada keçməyib. Görüşdə iştirak edən valideynlərin sözlərinə görə, İstintaq Komitəsinin rəhbəri zərərçəkmişlərin valideynlərinə bildirib ki, təqsirləndirilən şəxs kimi Cəlal Arutyunyan da nəzarətdədir. Amma o, tamam başqa iş üzrə təqsirkar bilinir. İstintaq Komitəsinin onu Hadrutda həlak olan əsgərlərin işinə cəlb etmək üçün heç bir əsası olmayıb.

"İclasda iştirak edən valideynlər onu da qeyd ediblər ki, Kərəmyan onlara "əməliyyat qərargahının rəisi sənədləri Cəlal Arutyunana təqdim edib və o, yəqin ki, hansı kağıza qol qoyduğunu düşünmədən imzalayıb" deyib.

Azərbaycan hərbçilərinin artıq Hadrutda olması sübut edildiyi halda, Ağdərədə yerləşən batalyon niyə və kimin əmri ilə Hadrut rayonuna 50 kilometr məsafədə irəliləyib? Bu suala cavab almaq üçün hələ ibtidai istintaq bitməmiş valideynlərdən hər biri öz araşdırmalarını aparıb, nəticə çıxarıb, cinayətkarları tapıb.

19 yaşlı baş çavuş Ananiya Aramyanın atası Samvel Aramyan əvvəlcə uğursuz əməliyyata görə Hadrut diviziyasının komandiri Karen Arustamyanı günahlandırıb. Alayın komandiri Qor İşxanyan Aramyana məlumat verib ki, həmin hərbçilərin yerdəyişmısi əmrini Cəlal Arutyunyan verib. O da cavab verib ki, Karen Arustamyanın çiynində sənin uşağının qanı var. O, Ağdərənin 9-cu kilometrliyində oğlanlarla görüşməli imiş. Amma gəlməyib. Nəticədə həmin hərbçilər digər tərəfə, Azərbaycanlıların əlinə keçən ərazilərin dərinliklərinə gediblər.

İstintaq Komitəsinin ilkin araşdırması təsdiqləyib ki, əsl günahkar Ağdərə alayının komandiri Qor İşxanyandır. İstintaq komitəsinin rəyinə görə, onun səhlənkarlıq nümayiş etdirdiyi əməllərdə cinayət tərkibi var". - müəllif yazıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda xeyli sayda yüksək rütbəli zabit və əsgərlərə qarşı cinayət işləri açılıb. Mübahisəli, fərariliyə dair onlarla cinayət işi hələ də davam etdirilir. Əsgər valideynləri isə istintaq proseslərindən narazılıqlarını bildirərək etiraz aksiyaları keçirirlər.
AzVision.azшаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024