Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (11-12-2021, 10:49)
Balqabağın və tumunun bilinməyən faydaları

Balqabağın və tumunun bilinməyən faydaları



Payız və qış fəsillərində bostan məhsulu balqabaqdan milli mətbəximizdə geniş istifadə olunur. Bu mənada balqabağın faydasını çoxumuz yaxşı bilirik. 

Mediatv.az-ın  xəbər verir ki, bununla belə balqabaq və onun tumunun xeyirli xüsusiyyətlərini bilməyən insanlar da var. Balqabağı təmizlədiyimiz zaman içərisindən çıxan tumu bəzən çox düşünmədən atırıq. Əmin olun ki, oxuduğunuz bu yazıdan sonra belə etməyəcəksiniz.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. 

Alman alimləri araşdırmalarında qeyd edirlər ki, balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir. Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.

Balqabağın 90 faizini su təşkil edir və kalorisi az olan məhsul hesab olunur. Yüz qram məhsulun tərkibində 25 kalori var. Xiyar və qovuna yaxın olan balqabağı bu baxımdan alimlər “dünyanın ən böyük giləmeyvəsi” hesab edirlər.

Balqabaq beta-karotenoid maddəsi ilə zəngindir. Toxumalara təbii rəng verən və hüceyrələri qoruyan bu maddə A vitaminin əmələ gəlməsində əvəzsiz rol oynayır. Balqabaq tumundakı karotenoid və omeqa-3 yağları görmə qabiliyyətini gücləndirilməklə yanaşı, insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngi riskinin azaldır, ürək damar sağlamlığına yaxşı təsir edir. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024