Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (4-02-2016, 17:49)
Bu tərəvəzin adı sizi çox təəccübləndirəcək - Faydaları isə saymaqla bitməz

Bu tərəvəz bir neçə il öncə Türkiyədə məşhurlaşmağa başladı.

Mediatv.az xəbər verir ki, daha çox Avropada tanınan bu tərəvəz vitamin və minerallarla zəngindir. İlin bütün fəsillərində marketlərdə rast gələ bilərsiniz.

Alabaş nədir?

Bənövşəyi və açıq yaşıl rəngləri olan, şalğamlı turpa bəzər tərəvəzin həm yarpaqları, həm də yumru hissəsi yeyilir. Olduqca lifli bir qidaya malik tərəvəzdir. Tərkibində yüksək miqdarda A, B1, B2, B3, B6, C vitamini ilə dəmir, kalsium, fosfor və potasium var. Turpkimilər fəsiləsinə aiddir. Başqa tərəvəzlər kimi, Alabaşın da antioksidant tərkibi var. Bir çox xərçəng xəstəliklərinə də yaxşı kömək edir.

Faydaları:

Güclü antioksidant kimi xərçəngə qarşı işlədilir. Həmçinin, ağciyər və qalın bağırsaq xəstəliklərinə yaxalanma riskini azaldır.

Qan təzyiqini normada saxlayır.

Sinir sistemi xəstəliklərinin aradan qaldırılmasına kömək edir.

Suyu öskürəyə və bronxitə xeyirlidir.

Qan-damar xəstəliklərinə yaxşı təsir edir.

Böyrək  və sidik kisəsi daşlarının əriməsinə kömək edir.

Tərkibində yüksək dəmir olduğu üçün qan artırıcı kimi yaxşı təsir edir.

Nəfəs darlığı, astmaya effektli təsir edir.

Süd artırıcı təsiri var

Son dətəcə az kalorili tərəvəzdir.

Bəs necə yeyilir?

Yarpaqları və gövdəsi yeyilir. Yumrusundan şorbalara, salatlara, yarpaqlarından isə dolma növləri bişirilə bilər.

Ancaq diqqət ediləsi bir xüsus var. Bütün turpkimilər kimi alabaş da bədəndəki yod sorulmasını azaldır. Buna görə də həftədə 3-4 dəfədən çox yemək bədəndə yodun azalmasına səbəb olacaq. Lazımdır ki, yodlu qidalardan çox istifadə olunsun. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024