Sağlamlıq (3-02-2016, 16:56)
Ananasın bilmədiyimiz - FAYDALARI
Ananas tropik meyvədir, isti yerlərdə yetişir. Bu meyvəni ilk dəfə tanıdan Kristofor Kolumb olub və tez bir zamanda Avropada tanınmağa, sevilməyə başlayıb.
Mediatv.az xəbər verir ki, ananas kimi meyvələri bir dəfəyə bitirmək mümkün deyil. Bəs, qalan hissəni nə edək?
Ananas C vitamin ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur. Mütəxəsisslərin hesablamalarına görə, qurudulmuş meyvələr vitaminləri saxlayır. Ananas xərçəng xəstəliyinə qarşı da yaxşı təsir edir.
Orqanizmə lazım olan bir çox vitamin və minerallarla zəngindir. Ananas bol sulu meyvədir. Su bədəndəki yağlara təsir edir və əridir. Arıqlamaq istəyən hər kəs gündə bir stəkan ananas suyu içə bilər. Ancaq yemədən əvvəl ananası duzlu suda yarım saat gözlədib yaxşı yuyub şirəçəkən maşından keçirmək məsləhətdir. Zülal həzm edən və zəifləməyi təmin edən ferment olan bromelainin sayəsində yalnız həzmə köməkçi olmaqla deyil, bədəndə meydana gələ biləcək iltihabları və şişlərə də təsirli şəkildə azaldır. Xüsusilə sinüzit, badamcıq iltihabı, gut xəstəliyi, oynaq iltihabı ya da yaralanma və ya əməliyyatlardan sonrakı sağalma dövrlərində ananasın faydalı olduğu söylənilir.
Saça və dəriyə daha yaxşı edir. B və C vitamin ilə zəngin olan ananas dəri və saç sağlamlığına yararlıdır. Ananas dırnaq gücləndirməsi, dərini hamarlaşdırması üçün məsləhətlidir. Ancaq hər qida kimi ananasın da şüursuz istifadəsi sağlamlıq problemlərinə yol aça bilər.
Hamar bir dəri üçün, dəmir; güclü saç-dırnaq və dəri üçün, kalsium; sağlam dəri və göz üçün, vitamin A; hüceyrələrin çoxalmasını təmin etdiyi üçün, vitamin B və dəridəkı kollagen meydana gəlməsi üçün vitamin C ilə zəngindir.
Bromelain, bədənin su tutmasını azaldır, iltihabları aradan qaldırır, qanı duruldur. Ona görə də həddindən artıq trombosit yapışqanlığını aradan qaldırmaq gücü var. Ancaq bromelainin qandurulducu dərmanlarla birlikdə istifadə edilməsi tövsiyə olunmur. Bəzi adamlarda allergik reaksiyalar meydana gətirə bilər və ya ürək sürətini yüksəldə bilər.
Ananas insan bədəninin ehtiyac duyduğu bütün vitaminləri və 16 təbii mineralların yaradıcısıdır..
Mədə və bağırsaqları təmizləyir. Ananas ətin həzm edilməsində köməkçi ola bilər. Ananasda olan zülal mayası, yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirir.
Dəri və saçı gözəlləşdirir. Ananasın tərkibindəki etdiyi zəngin B vitamini dərini təsirli bir şəkildə nəmləndirər və saçılara parlaqlıq verir. Bunun yanında ananas stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçidir.
Təzyiq və qandakı yağ nisbətini salar. Ananas qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini salmada təsirlidir.
Soyuqdəyməyə qarşı birə-birdir. İstilik, öskürək və boğaz ağrısı soyuqdəymədə çox gözəl vasitədir. Bu vəziyyətdə, yataqda istirahət etmənin yanında bir stəkan təzə ananas suyu da içilə bilər. Çünki ananas suyu qızdırmanın salınması və nəfəs borusu infeksiyasının önlənməsində də təsirlidir. Tibbi araşdırmalara görə, köhnədən bəri insanlar, boğaz ağrısı və öskürəyi ananasın ehtiva etdiyi zülal mayasıyla aradan qaldırmağa çalışmışdır.
Beynə gedən qan yollarını təmizləyir və beynin qan dövranını artırır.
Bromelain, bədəndəki zülalları təhlil edən və həzm edən bir ferment olduğundan həzmi asanlaşdırar, mədə turşusunu nizamlayır. Sümük və oynaqlardakı əhənglənməyi önləyər. Allergiyalara qarşı qorunma təmin edər. Sidikqovucu təsirinə görə bədəndəki toksinlərin atımına köməkçi olduğundan selülit müalicəsində də istifadə edilir.