Sağlamlıq (2-11-2015, 16:18)
Alma, pomidor və göy noxuddakı təhlükə - Alimlər xəbərdarlıq edirlər!
Sağlamlığımız üçün faydalı olduğunu düşünərək yediyimiz meyvə və tərəvəzlər səhhətimizə zərər verə bilər. Çünki müasir dövrdə, demək olar ki, bütün meyvə və tərəvəzlər güclü kimyəvi maddələrə (pestisidlərə) məruz qalır. Belə meyvə və tərəvəzi nə qədər yusanız da, onu təmizləmək mümkün deyil.
Mediatv.az pestisidlərdən qorunmağın yollarını təqdim edir:
Pestisid nədir?
Bu qəbildən olan kimyəvi maddələr, adətən, meyvə-tərəvəzə zərər verə biləcək cücülərin, böcəklərin kökünü kəsmək məqsədilə istifadə edilir. Statistika göstərir ki, ABŞ-da 1 ildə istifadə olunan pestisidin miqdarı 500 min tonu keçir.
Bu maddələr insan orqanizminə daxil olduqda beyindəki neyronlar arasındakı əlaqəyə təsir edərək Alzaymer, Parkinson kimi xəstəliklərə yol açır. Pestisidlərlə çirklənmiş meyvə-tərəvəzlərdən uzunmüddətli istifadə nəticəsində orqanizmdə toplanan kimyəvi maddələr xərçəng xəstəliyinə, həmçinin orqanların sıradan çıxmasına səbəb olur.
Alimlər bildirirlər ki, cüzi miqdarda pestisid belə uşaqların beynində ciddi problemlərə yol açır.
Kaliforniyanın meyvə-tərəvəz yetişdirilən və pestisidlərdən istifadə olunan bölgələrinə yaxın yaşayan ailələrdə dünyaya gələn uşaqların zəka baxımından başqa ərazilərdə yaşayan yaşıdlarından geri qaldıqları ortaya çıxıb.
Kanadada yaşı 6-11 olan 700-dən çox uşağın iştirak etdiyi araşdırma göstərib ki, belə meyvə və tərəvəzlərlə qidalanan uşaqların sidiyində “pyrethroid” adlı kimyəvi maddə aşkarlanır. Belə uşaqlar diqqət pozğunluğu yaşayırlar, onların immunitet sistemi zəif olur.
Pestisidlər ən çox hansı meyvə-tərəvəzdə olur?
Araşdırmalara görə, pestisidə ən çox məruz qalan meyvənin alma olduğu aşkarlanıb. Digər təhlükəli meyvə-tərəvəzlər isə belə sıralanıb:
Şaftalı
Çiyələk
Üzüm
Kərəviz
İspanaq
Bibər
Xiyar
Pomidor
Yaşıl noxud
Bəs nə etmək lazımdır?
Mütəxəssislər bildirirlər ki, ən yaxşı variant meyvə və tərəvəzlərin qabığını soyub yeməkdir. Ancaq siz qabıqlı yemək istəyirsinizsə, pestisidləri tamamilə təmizləyəcək xüsusi spreylərdən istifadə etməlisiniz. Belə təmizləyici vasitələri marketlərdə tapmaq olar. Ancaq ən yaxşı üsul təmizləyici spreyi evdə hazırlamaqdır.
Bütün dünyada tanınan doktor Mehmet Özün resepti bu baxımdan məqsədəuyğundur:
Tərkibi:
1 stəkan su
1 stəkan alma sirkəsi
1 xörək qaşığı qabartma tozu
Yarım limon
Hazırlanması:
Bütün məhsulları qarışdırın. Bu qarışığı sprey qabına doldurun. Meyvə-tərəvəzlərinizi bu spreylə təmizləyin. Onu meyvə və ya tərəvəzin üzərinə püskürdüb 5 dəqiqə gözləyin, daha sonra ilıq su ilə ən azı 2 dəqiqə yuyun.(publika.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024