Region (27-11-2020, 09:37)
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
"Təzadlar"a Gəncə şəhər sakinləri İsmayılov Nicat Məhərrəm oğlu –məcburi köçkün - nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu (Gəncə şəhəri, Turgenev küçəsi ev 22), Babayeva Rəsmiyyə Vaqif qızı (Gəncə şəhəri, Xəmsə küçəsi , ev 41), İsgəndərova Qətibə Cumalı qızı (Gəncə şəhəri, 20 yanvar küçəsi, ev 121) və Quliyev Əli Nuru oğlu (Gəncə şəhəri, Ş.İ.Xətai pr, ev 151, m. 18) tərəfindən 7 ildən çox gedən məhkəmə prosesləri haqqında şikayət məktubu daxil olub.
Şikayət məktubunu oxuduqca fikirləşirsən ki, ötən illər ərzində Azərbaycanda vətəndaşların sosial-rifahının yüksəldilməsi istiqamətində digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də struktur və kadr islahatlarının aparılmasına baxmayaraq, hələ də bəzi məhkəmələr məzhəkə xarakteri alıb. Sanki məhkəmələr məzhəkə tamaşaları göstərilən kiçik səhnəyə bənzəyir. Halbuki məhkəmə-hüquq sahəsi hər zaman vətəndaşların daha çox inam və güvənc yerlərindən biri kimi hələ ən qədim zamanlardan günümüzədək ədaləti təmin edib. Tarix boyu ədalətli olmaq, ədalətin meyarlarını gözləmək, əməl etmək insan şəxsiyyətini ucaldan əsas keyfiyyətlərdən biri hesab edilib.
Məhz bu baxımdan, şikayətçilər yazır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 3 aprel 2019-cu il tarixli Fərmanı hər bir vətəndaş kimi, onlara da göstəriləcək qayğı kimi qəbul ediblər. Ölkə vətəndaşlarının rifahının dövlət başçısı tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayan şikayətçilər buna görə Prezidentə təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Şikayətçilər daha sonra yazırlar:
(Əvvəli I hissədə)
"…Ali Məhkəmədə bizim eyni iş üzrə üç məsələyə - 1-ci məsələyə hakim Əhməd Nurməmmədovun sədirliyi ilə 5 mart 2018-ci il tarixində, 2-ci məsələyə hakim İlqar Hüseynovun sədirliyi ilə 30 mart 2018-ci il tarixində və 3-cü məsələyə İnzibati-İqtisadi Kollegiyanın hakimi Rahib Nəbizadənin sədirliyi ilə 20 iyul 2018-ci il tarixində baxılmış, hər üç işdə verdiyimiz kassasiya şikayətləri qismən təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədirliyi ilə baxılan işi Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdir. 2 oktyabr 2018-ci il tarixində məhkəmənin gedişindən də bizə məlum olur ki, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələri rəhbər tutularaq, məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi barədə qətnamənin 8 ildən artıq müddətdən qüvvədə olmasına baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun himəyadarlığı ilə həmin məhkəmənin hakimi İspəndiyar Şəfiyevin sədirliyi ilə Göygöl Rayon Məhkəməsinin 01.06.2018-ci il və 02.07.2018-ci il tarixli 2(066)-359/2010 saylı qərardadları (qarşı tərəfin müraciətləri) 1 avqust 2018-ci ildə ləğv edilib. Qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Məmmədov Elşad Cəmil oğunun (qarşı tərəf) Göygöl Rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli, 2(066)-359 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilib (Göygöl rayon Məhkəməsinin qüvvədə olan qərarından 8 il sonra!) və qərardaddan şikayət vermək olmaz qərarı verilib.
Gəncə Apellyasiya Məhkəməsində bundan sonra həmin iş üzrə məhkəmə prosesi başladı. Böyük çətinliklə məhkəmədə iştirakımız təmin olundu. Bundan sonra məhkəmə prosesi bizim xeyrimizə olan faktlar (Elşad Məmmədova saxta dövlət aktı satan Faiq Şərifovun dövlət aktının 8 il əvvəl məhkəmə qərarı ilə ləğv edilməsi) qarşısında qalaraq təxirə salındı.
Bildiririk ki, bu qətnamə ilə mübahisələndirilmiş 0,51 ha torpaq sahəsi üzərində 2012-ci ildə bizim tikilmiş evlərimiz vardır. Nəzərə alsaq ki, Elşad Məmmədovdan əvvəl həmin torpaq sahəsininə aid sənədi (çünki torpaq sahəsi olmamışdır) ona düzəliş etdiyi saxta sənəd satan Faiq Şərifov 0,51 ha torpaq sahəsinə dair dövlət aktını saxtalaşdırmaqla öz adına sənədləşdirmiş və bu fakt Göygöl rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilərək öz təsdiqini tapmışdır.
2 oktyabr 2018-ci il tarixində Gəncə İnzibati-İqtisadi Məhkəməsində (hakim Rəşad Mamedov, hazırda Gəncə Apellyasiya Məhkəməsinin hakimidir) biz iddiaçılarla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər Şərifov Faiq Şərif oğlu və Məmmədov Elşad Cəmil oğlu) qarşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair işə məhkəmədə (xatırladırıq ki, 31 avqust 2017-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Fikrət Hüseynov bu işə baxmış, Göygöl rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qərarı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin bizim xeyrimizə olan rəylərini nəzərə almadan mümkünsüz hesab etmiş, 30 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iclasında hakim İlqar Hüseynovun sədrliyi ilə bu məsələyə baxılmış, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 23 oktyabr tarixli 2-1(104)-515/2017 nömrəli qərardadı ləğv edilmiş, işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.) baxılan zaman hakim Rəşad Mamedov bizim qarşımızda qərar qəbul etmişdir ki, ekspertiza təyin edilsin (bir daha xatırladırıq ki, bu, iş üzrə 3-cü ekspertizadır. Əvvəlki iki ekspertiza tam bizim xeyrimizə rəy vermişdir.) və ekspertizanın əsas sualı ondan ibarət olsun ki, 12.04.2013-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən Elşad Məmmədova bizim əvvəlcədən tikilmiş evlərin altındakı torpaqların üzərinə saxta çıxarış verilməsinə qədər Elşad Məmmədova torpaq alqı-satqısı edən Faiq Şərifovun 0,51 ha torpaq sahəsinin yerinin müyyənləşdirilməsi olsun. Biz də bu qərarla razılaşdıq.
Həmin qərardad bizə 18 oktyabr 2018-ci ildə çatdırıldı. Qərardadın qərar hissəsini oxuyanda dəhşətə gəldik. Hakim Rəşad Mamedov bir sual qoyaraq bildirib ki, iddiaçılara məxsus Gəncə şəhər Əriklik bağı adlanan ərazidə yerləşən fərdi yaşayış evləri ”Hüquqların dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı 0157346 nömrəli 12.04.2013-cü il tarixli çıxarışa əsasən Məmmədov Elşad Cəmil oğlunun müllkiyyətində olan 0,209686 ha torpaq sahəsinin üzərində yerləşirmi? Hakim Rəşad Mamedova yəqin məlumdur ki, bu iş həmin müddətə qədər 6 ilə yaxındır ki, gedir və əsas iş ondan ibarətdir ki, Göygöl rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qərarı ilə ləğv edilmiş dövlət aktını sonradan saxtalaşdıraraq bizim tikili evlərimizin üzərinə vurublar. Bu sualın bu formada ekspertizasına heç bir ehtiyac duyulmur.
Çünki işin içərisində də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsinin rəsmi arayışı vardır və arayışda qeyd olunur ki, həmin dövlət aktı iki konturdan - 497A (0,20 ha) və 497 (0,60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə (bizim evlərimizin tikildiyi sahə) predmenti olan 497D(0,51) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır.
Sual oluna bilər: necə olur ki, həmin müddətdə - 8 ilə yaxın vaxt keçdikdən sonra Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında (iş №-2(066)-358/2010) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213.216-220.222.227.230-cu maddələri rəhbər tutularaq, məhkəmə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab etmiş və bu etibarsız Dövlət Aktı ilə 12.04.2013-cü il tarixində yenidən saxtakarlıqla Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən bizim əvvəlcədən tikilmiş evlərin altındakı torpağların üzərinə saxta çıxarış alaraq Məmmədov Elşad Cəmil oğlu şikayət verərək yuxarıda qeyd etdiyimiz qərarı çıxatdırır.
Qeyd edirik ki, ləğv olunmuş dövlət aktı ilə Elşad Məmmədov Faiq Şərifovdan aldığı sənəd saxtadırsa, o, bu şikayəti verə bilməz.
Hakim Tapdıq Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri olduğu müddətdə bizim işlərimizə baxan, iclaslara sədrlik edən Zərbəli Zərbəliyev (vəfat edib), hakimlər İspəndiyar Şəfiyev, Rəhman Muradov, sədrlik edən Loğman Süleymanov, hakimlər Ədil Məmmədov, Əlizamin Abdullayev, sədirlik edən Şəfiqə Əliyeva, hakimlər Rəhman Muradov, Ədil Məmmədov, sədirlik edən Fikrət Mehdiyev, hakimlər Şamil Rzaquliyev, Nuru Quliyev, kassasiya şikayətimiz Ali Məhkəmədə qismən təmin edilib geri qayıdandan sonra sədrlik edən hakimlər Elçin Xasməmmədov, Əlizamin Abdullayev və başqaları bizim haqqımızda əleyhimizə verdikləri qərarlara görə onları son dərəcədə günahkar hesab etmirik. Çünki əsl günahkar onlara “sifariş” verənlərdir. Hakimlərin içində yaxşıları da var, ancaq tam əminik ki, onları məcbur edirlər. Ona görə də məhkəmələrin gedişində hakimlər bizə qarşı qərəzli mövqe göstərirlər. Faktı dedəyəndə isə, bizə xəbərdarlıq edirlər ki, «sizi məhkəmə zalından çıxardacayıq». Amma qarşı tərəfin normal olmayan hərəklərinə göz yumurlar.
Həttda bir məhkəmə prosesində hakim Şəfiqə Əliyeva etiraf etdi ki, Elşad Məmmədova torpaq satan Faiq Şərifov onun əri ilə qohumdur. Ona görə də həmin prosesə baxmadı. Növbəti işlərin birində isə, sanki o, məcbur edilərək bizim digər işimizə baxdı.
Biz dedik ki, Şəfiqə xanım, siz əvvəlki proseslərin birində Faiq Şərifovun qohumunuz olduğunu özünüz etiraf etdiniz, bəs indi nə oldu, işə baxırsınız? Bütün bunlara baxmayaraq, hakim Şəfiqə Əliyeva işimizə baxdı və yenə də ədalətsiz qərar qəbul etdi.
Şikayətçilərdən Ağdam rayonundan məcburi köçkün İsmayılov Nicat Məhərrəm oğlu və nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu (Əməkdar müəllim) Ali Məhkəmənin sədri Ramiz Rzayevin 22 oktyabr 2018-ci il tarixində Ali Məhkəmədə, 17 may 2019-cu il tarixində isə Gəncə şəhərində qəbulunda olublar. Sizə yazdığımız məktubda göstərilən faktları sədrə təqdim ediblər.
Eyni zamanda, biz Ədliyyə naziri Fikrət Məmmədovun 12 aprel 2019-cu il tarixində Bərdə şəhərində qəbulunda olmaq isdədik. Həmin gün bizi Ədliyyə Nazirliyi Təşkilati–nəzarət baş idarəsinin rəisi Elçin Qasımov qəbul etdi və onunla 1 saat ərzində bu məsələləri müzakirə etdik. Elçin Qasımov bildirdi ki, bundan sonra işimizə qanunla baxılacaq.
Lakin yenə də məhkəmələr tərəfindən bu və digər formada bizlərə qarşı birtərəfli mövqe tam şəkildə davam etdirilir.
Ədliyyə naziri Fikrət Məmmədovun 14 iyun 2019-cu il tarixində Gəncə şəhərindəki qəbuluna düşmək üçün müraciət etməyimizə baxmayaraq, bizi nazirin qəbuluna buraxmadılar. Bizi Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov qəbul etdi, şikayət ərizəmizi ona təqdim etdik.
5 aprel 2019-cu il tarixində Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyev (əvvəl bu prosesə hakim Rəşad Mamedov baxırdı, bir neçə aydır Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.) birtərəfli mövqe tutdu, hətta bizə dedi ki, Elşad Məmmədovun alqı-satqı müqaviləsi var, niyə Çıxarışı ləğv etməyə çalışırsız? Biz yuxarıda qeyd etdiyimiz faktları bir-bir göstərərək, xüsusi qərardad çıxarılması barədə vəsatət qaldırıb hakim Kənan Vəliyevdən üçüncü şəxslər Şərifov Faiq Şərif oğlu və Məmmədov Elşad Cəmil oğlunun əməllərində cinayət tərkibinin aşkar olunması barədə xüsusi qərardad çıxararaq, araşdırılması üçün müvafiq prokurorluğa göndərilməsini təmin etməsini xahiş etdik.
İkinci vəsatətlə ekspertizanın bundan əvvəlki hakimin (Rəşad Mamedov) eyni iş üzrə təyin etdiyini hakim Kənan Vəliyevə xatırladaraq, bir daha bu haqqda vəsatət verdik. Qeyd etdik ki, Göygöl rayon Məhkəməsinin 2010-cu il 29 oktyabr tarixli qətnaməsi ilə ləğv olunmuş Faiq Şərifovun saxtalaşdırılmış 0,51 ha torpaq sahəsinin sənədi (çünki torpaq özü heç zaman olmayıb) 2013-cü ilə qədər, yəni reyestrdən Çıxarış verilənədək harada olmasına, tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılmasına dair vəsatət qaldırdıq.
Hər iki vəsatətimiz cavabsız qaldı, hakim Kənan Vəliyev bu vəsatətlərin adını belə çəkmədi. Sual olunur: hakim öz vəzifəsini necə yerinə yetirir ki, verdiyimiz vəsatətlərin təmin olunub-ounmaması haqqında ondan heç bir cavab ala bilmədik?
Lakin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi Kənan Vəliyev 30 may 2019-cu il tarixində də qərar verəndə nədən qarşı tərəfi can-fəşanlıqla müdafiə etməsi, hakim etikasına uyğun olmayaraq əleyhimizə faktlar axtarması bizə aydın olmadığı üçün nümayəndələrimizdən biri – şikayətçi İsmayılov Nicat Məhərrəm oğlunun nümayəndəsi Məhərrəm İsmayılov hakimə bildirdi ki, siz Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədirliyi ilə keçirilən məhkəmənin 30 mart 2018-ci il tarixində verdiyi qərara uyğun olaraq Gəncə İnzibati-İqitsadi Kollegiyasının 2017-ci il 23 oktyabr tarixli 2-1 (104)-515/2017 nömrəli qərardadının ləğv edilərək işə təkrar baxılması üçün bizim kassasiya şikayətimizin xeyrimizə təmin olunan qərarına baxırsınız. Hakim Kənan Vəliyevə bir daha Ali Məhkəmənin İnzibati-İqitsadi Kollegiyasının qərarına baxdığı işin sürəti təqdim olundu. Hakimin apardığı söhbətlərin bu qərara aid olmadığını anladıq və bizim əleyhimizə qərar çıxartdı.
Bütün bu məsələlərdə bizlərin rəyi ondan ibarətdir ki, hər kimdirsə bu məsələlərə qanunsuz şəkildə müdaxilə edir, bizlərin taleyi ilə oynayır. Artıq bizə tam aydın oldu ki, bu məsələlərin başında Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun “maraqları” çərçivəsində hökmü dayanır.
Yuxarıda qeyd etdiyimiz kimi, Gəncə Apellyasiya Məhkəməsinin demək olar ki, bütün hakimləri (hərbi kollegiyanın hakimləri istisna olmaqla) işimizə baxıb və qeyd etdiyimiz səbəblərdən bizə qarşı qərəzli mövqe tutublar.
Gəncə Apellyasiya Məhkəməsinin, yuxarıda qeyd etdiyimiz kimi, qərarlarının heç bir obyektivliyi olmadığı üçün son dəfə Ali Məhkəməyə müraciət edərək, digər apellyasiya məhkəməsində işə baxılmasını xahiş etdik. Ali Məhkəmə xahişimizi nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işimizə baxılmasına icazə verdi. Şəki Apellyasiya Məhkəməsində bizim işimizə ədalətli baxıldı və qanun çərçivəsində xeyrimizə olaraq məsələlərə hüquqi qiymət verildi. Şəki Apellyasiya Məhkəməsinin qərarı bir daha onu gösdərdi ki, həqiqətən də Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun bizə qərəzli münasibəti olub və davam edir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Şəki Apellyasiya Məhkəməsinin qərarından sonra Elşad Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasına şikayət vermişdir. Şikayətə 22 sentyabr 2020-ci il tarixində Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi İlqar Hüseynovun sədrliyi ilə baxılmış və həmin gün bizim haqlı olduğumuzu bir daha bildirmişdir. O, qeyd etmişdi ki, 6 oktyabr 2020-ci il tarixində qərar oxunacaq, məhkəməyə gəlməsəniz də olar. Lakin biz 6 oktyabr 2020-ci il tarixində, saat 16:10-da keçirilən məhkəmədə iştirak edərkən başqa mənzərə ilə üzləşdik. Hakim İlqar Hüseynov qeyd etdi ki, Gəncə Apellyasiya Məhkəməsi 28 sentyabr 2020-ci il (İkinci Qarabağ müharibəsinin başladığı ikinci günü) tarixində belə qərara gəlib ki, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsinə baxılsın. Biz qeyd etdik ki, necə ola bilər Gəncə Apellyasiya Məhkəməsi özü verdiyi qərarı reyestrin (qarşı tərəf olan Elşad Məmmədovun adına verilmiş reyestrdən çıxarışın) ləğvi məsələsi qurtarmamış başlasın? Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi İlqar Hüseynov bu məsələni əsas götürərək Gəncə Apellyasiya Məhkəməsinin qaldırdığı yuxarıda qeyd etdiyimiz kimi, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsinə baxılıb qurtaranadək qərarını dayandırdı. Ancaq bu dayandırma haqqında Gəncə Apellyasiya Məhkəməsinin qərarı bizdə yoxdur.
Hörmətli redaksiya!
Yuxarıda qeyd etdiyimiz kimi, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli (10 il sonra) qətnaməsinə 17 noyabr 2020-ci il tarixində, saat 14:40-da Gəncə Apellyasiya Məhkəməsində baxılması nəzərdə tutulmuşdu. Onu da bilirik ki, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov bizə qarşı qərəzli şəkildə növbəti “tələ” hazırlayıb.
Bütün bu məsələlərdən aydın olur ki, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov qanunlara hörmət qoymadan, qanunsuz olaraq qarşı tərəfə müəyyən ”maraq” çərçivəsində himayədarlığını davam etdirir.
Sözügedən tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən baxılması nəzərdə tutulan 2(104)-183/2020 nömrəli iş üzrə Göygöl rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli (iş№2(066)-358/2010) qətnaməsininin (10 il sonra) ləğv edilməsi, bizim evlərimizin altında olan torpaq sahəsinə dair mübahisəmizdə əhəmiyyətli dəlil olduğuna görə hesab edirik ki, həmin qətnamə üzrə qəbul ediləcək qərar bizim hüquq və maraqlarımıza ciddi şəkildə toxunur. Odur ki, biz məhkəmə tərkibinə, habelə Gəncə Apellyasiya Məhkəməsinin bütün hakimlərinə etiraz etdik. Və biz işin Gəncə Apellyasiya Məhkəməsində deyil, digər apellyasiya instansiyasında baxılması üçün Ali Məhkəmədən xahiş etmişik.
Onu da qeyd edirik ki, hal-hazırda biz ailələr Prezdent cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbulunda olmaq üçün müraciətlər etmişik. İnanırıq ki, 7 il 5 aydan artıq olan müddətdə bizim haqsız çəkdiyimiz əziyyətimizə aidiyyəti dövlət qurumları tərəfindən hüquqi qiymət veriləcək.
Biz bilirik ki, möhtərəm Prezident cənab İlham Əliyevin siyasəti bütün ailələrin yaşayışını yaxşılaşdırmaq, xalqımızın maddi-rifah halını yüksəltməkdir.
Ancaq biz düşdüyümüz bu ağır və gərgin vəziyyətdə bilmirik nə edək? Çünki bu məhkəmələr getdiyi dövrdə (7 il 5 aydan çox) biz şikayətçilər arasında iki nəfər açıq ürək əməliyyatı keçirib, şəkər xəstəliyinə tutulan və digər sarsıntılar keçirənlər var.
Bizdən qarşı tərəf əvvəldən yüksək miqdarda pul tələb edir. Heç birimiz bu pulu (90 min ABŞ dolları, yəni 153 min manat) vermək imkanında deyilik. Bunların bizə şər-böhtan ataraq ikinci dəfə saxtalaşdırılmış sənədlə nə etmək istədikləri bu şəxsləri tanıyanlara məlumdur. Bizi həm də narahat edən odur ki, Göygöl rayon Məhkəməsinin 2010-cu il 29 oktyabr tarixli qətnaməsi ilə ləğv etdiyi Faiq Şərifovun saxtalaşdırılmış sənədinin arxasındakı korrupsiya əməlləri sonrakı məhkəmələrdə gizlədilir. Nəticədə, qarşı tərəf bizi evlərimizi sökdürəcəkləri ilə hədələyir və hər məhkəmə zamanı bu proses təkrar olunur.
Ancaq bizlər dövlətimizə sədaqətli olduğumuz üçün 7 il 5 ay müddətində Prezident Aparatının qarşısına getmək, sosial şəbəkələrdə bu sənədləri fakt olaraq göstərmək, nümayiş etdirmək və s. tədbirlərə əl atmaq isdəmirdik.
Ancaq bu məsələlərdə bizə qarşı tam ədalətsiz mövqe tutan Gəncə Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Tapdıq Mahmudov bizi 7 il 5 aydan sonra bu haqsızlığı ictimailəşdirməyimizə məcbur etdi.
Biz Allahımıza və cənab Prezdentimizə inanırıq.
Xahiş edirik, bu şikayətimizin faktlar əsasında ictimailəşdirilməsinə və Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun bizə qarşı qeyri-hüquqi hərəkətlərinin araşdırılmasında bizə köməklik edəsiniz. Əvvəlcədən sizə öz minnətdarlığımızı bildiririk". //tezadlar.az//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024